Rune Lorentzen

Direktorlar Şurasının üzvü

Rune Lorentzen SOCAR AQŞ-nin Direktorlar Şurasının üzvüdür.

 

Neft və qaz sənayesində 42 ildən artıq təcrübəyə malik olan cənab Lorentzen öz karyerasına 1978-ci ildə Sedco Drilling şirkətində başlamış, 1979-cu ildə Smedvig Drilling şirkətinə keçmiş və burada qazmaçı köməkçisindən Qazma qurğusu Rəhbərinə qədər müxtəlif ofşor vəzifələrdə çalışmışdır.

 

Rune Lorentzen bu illər ərzində bir sıra rəhbər vəzifələrdə çalışmışdır. 2004-cü ildə o, Azərbaycana gəlmiş və “Lukoil” şirkətində Qazma Əməliyyatları üzrə Menecer vəzifəsində çalışmışdır. Daha sonra o, 2005-ci ildə KCA Deutag şirkətində Əməliyyatlar üzrə Menecer kimi işə başlamış və 2007-ci ildə Azərbaycan üzrə Regional Menecer vəzifəsinə təyin edilmişdir. 2009-cu ildə o, Şimal Platformalarının Baş Meneceri, daha sonra 2013-cü ildə Dəniz Bölməsinin Prezidenti təyin edilmiş, platformanın bütün qazma əməliyyatları, eləcə də KCA Deutag səyyar qazma qurğularının idarə olunması üçün cavabdehlik daşımışdır.

 

Cənab Lorentzen BP-nin Xəzər dənizindəki Azəri Çıraq Günəşli (AÇG) və Şahdəniz nəhəng yataqları üçün yeni qazma qurğularının tikintisi və istismara verilməsi proseslərində iştirak etmişdir ki, bu da qısa müddət ərzində neft-qaz sənayesində həyata keçirilmiş ən böyük layihələrdən biridir.

 

O, həmçinin Azərbaycan Respublikasında lokalizasiya prosesində, “Turan Drilling and Engineering” MMC-nin yaradılmasında və 7 qazma qurğusu üçün “Turan Drilling and Engineering” və BP arasında müqavilənin bağlanmasında aparıcı rol oynamışdır.

 

Cənab Lorentzen Stavanger Neft Sənayesi İnstitutunda Qazma Mühəndisliyi dərəcəsinə malikdir.