Fəaliyyət sahələrimiz

SOCAR AQŞ əsasən neft və qaz quyularının qazılması ilə bağlı iş və xidmətlər, o cümlədən, sənaye üzrə təchizat zəncirinin, anbarların idarə edilməsi və digər əlaqədar xidmətləri göstərir. Şirkətin əsas gücü neft və qaz quyularının təhvil verilməsi istiqamətindədir. Biz bu xidmətləri göstərərkən müasir tələblərə və beynəlxalq standartlara cavab verən yüksək texnologiyalı avadanlıqlardan istifadəyə xüsusi diqqət yetiririk.

Daha ətraflı

Qurğularımız

Daha ətraflı

Yerli layihələr

SOCAR AQŞ ikisi kiber quyu olmaqla, ümumilikdə altı quyuda fəaliyyət göstərir. Qazma qurğularının əksəriyyəti Azərbaycanın sahillərində, “Ümid”, “Günəşli”, “Qərbi Abşeron”, “Bulla-dəniz” yataqlarında fəaliyyət göstərir.

 

Layihələrimiz çərçivəsində biz, dərin təcrübəmizdən və müasir texnologiyalardan istifadə edərək, yüksək təzyiqli/yüksək temperaturlu çətin quyular, maili və horizontal quyular, boru kəmərlərinin istismarı xidmətləri, tamamlama əməliyyatları, quyu təmiri və müdaxilə işləri daxil olmaqla, geniş çeşidli qazma işlərini səmərəli şəkildə həyata keçiririk.

 

Kompleks qazma və quyu xidmətləri şirkəti kimi, təhlükəsizliyə davamlı diqqət yetirərək, son on il ərzində 140-dan çox quyu qazmış və təhvil vermişik. Quyu portfelimizə dərinliyi 6000 m və təzyiqi 15000 psi-dən çox olan bu günə qədər qazılmış ən mürəkkəb quyulardan bəziləri daxildir. 

Daha ətraflı

Beynəlxalq layihələr

Strategiyamızı, missiyamızı və amalımızı nəzərə alaraq, beynəlxalq bazarda biznesimizi genişləndirmək niyyətindəyik.

 

SOCAR AQŞ komandasının peşəkarlığı sayəsində biz 2017-ci ildən təkcə Azərbaycan Respublikasında deyil, xaricdə də uğurla fəaliyyət göstəririk.

 

SOCAR AQŞ Türkiyə, Banqladeş, Ukrayna və Qazaxıstan kimi ölkələrdə bir sıra uğurlu qazma layihələri həyata keçirmişdir.

Daha ətraflı

İstehsalat və Təchizat Bazaları

SOCAR AQŞ-nin üç istehsalat və təchizat bazası - “Ümid”, “Bulla” və “Mayak” – mövcuddur. Bunlara aşağıdakı obyekt və qurğular daxildir:

  • İnzibati binalar
  • Avtomatlaşdırılmış material saxlama sistemləri
  • 6 qapalı tipli anbar
  • Propan/sürtkü materiallarının saxlanması üçün 2 anbar
  • Iqlimə nəzarət edilən anbarlar
  • Mexaniki, hidravlika və elektrik sexləri
  • BOP sınaq qurğuları
  • Boru platformaları
  • 2 təchizat / sərnişin gəmi limanları
  • Səyyar yanacaq doldurma stansiyaları
  • Yükləmə və boşaltma sahələri
Daha ətraflı

Bakı Qazma Məktəbi

Bakı Qazma Məktəbi sənayedəki təmayüllərə uygun olaraq neft və qaz sahəsinin mütəxəssisləri üçün təhlükəsizlik yönümlü, innovativ, effektiv və kompleks təlim proqramları təklif edən beynəlxalq səviyyədə akkreditə olunmuş təlim və məsləhət mərkəzidir.

 

Bu, "IWCF" və "IADC" tərəfindən akkreditə olunmuş təlim proqramları təqdim edən qabaqcıl çoxfunksiyalı X1-platinum simulyatoru ilə Xəzər regionunda müasir Qazma Təlimi Mərkəzidir.

 

Bu gün Bakı Qazma Məktəbi müştərilərin tələblərinə uyğun kurslar keçirir və neft - qaz sənayesinin müxtəlif sahələrində 40-dan çox təlim kursları təklif etmək iqtidarındadır. Daha ətraflı: www.bds.com.az

Daha ətraflı