SOCAR AQŞ ümumilikdə altı qazma qurğusunu istismar edir ki, onlardan ikisi kiberqurğulardır. Qazma qurğularının əksəriyyəti Azərbaycan sahillərində - “Ümid”, “Günəşli”, “Qərbi Abşeron”, “Bulla-dəniz” yataqlarında istismar olunur. Şirkət həmçinin, qazma proqramının texniki tələblərinə uyğun olaraq quyuları ən səmərəli şəkildə qazmaq məqsədilə Türkiyədə Tuz Gölü yeraltı qaz anbarı layihəsində müxtəlif ölçülü səkkizə yaxın qazma qurğusunu istismar edir.