Son xəbərlər

SOCAR AQŞ "API Spec Q2" İkinci Nəşir Sertifikatını əldə edir
SOCAR AQŞ məmnuniyyət hissi ilə bildirir ki, şirkətin İnteqrə Olunmuş İdarəetmə Sistemi Neft və Qaz üzrə Kompleks Qazma və Quyu Xidmətlərinin Təmin Edilməsi sahəsində “API Spec Q2” İkinci Nəşr Sertifikatının tələblərinə cavab verdiyinə görə, Amerika Neft İnstitutu tərəfindən təkrar sertifikatlaşdırmadan uğurla keçmişdir.

SOCAR AQŞ qabaqcıl texnologiyanı Azərbaycana gətirib
Kompleks qazma və quyu xidmətlərinin idarə edilməsi şirkəti olan SOCAR AQŞ-nin, tarixində ilk dəfə olaraq quruda qazma xidmətlərini icra etmək üçün beynəlxalq istehsalçıya məxsus müasir qazma qurğusunu Azərbaycana gətirdiyini məmnunluqla bildiririk.

SOCAR AQŞ "IADC Drilling Caspian 2023" konfrans və sərgisinin Qızıl Sponsorudur
SOCAR AQŞ Qazma Podratçılarının Beynəlxalq Assosiasiyası (International Association of Drilling Contractors - IADC) tərəfindən 7-8 fevral tarixlərində Bakıda keçiriləcək “IADC Drilling Caspian 2023” konfrans və sərgisinin Qızıl Sponsoru olmaqdan məmnunluq duyur.

Biz kimik
SOCAR AQŞ 2007-ci ildə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR), Nobel Energy və Abşeron Qazma MMC (AQŞ) tərəfindən təsis edilmiş kompleks qazma və quyu xidmətlərinin idarə edilməsi şirkətidir.
Şirkət qabaqcıl qazma texnologiyalarını və yeni idarəetmə üsullarını tətbiq etməklə neft və qaz quyularının qazılması sənayesində çoxillik təcrübəyə malikdir. SOCAR AQŞ ölkənin qazma sənayesində innovativ yanaşmalar tətbiq edən lider şirkət olub, təhlükəsiz və etibarlı həllər təqdim edən uğurlu fəaliyyət təcrübəsinə malikdir...
Tariximiz





SOCAR AQŞ təsis edildi

“Günəşli 13” və “Günəşli 11” quyularının qazılması üçün ilk müqavilə imzalandı
“Günəşli 13” və “Günəşli 11” platformalarından ilk quyu qazıldı

SOCAR AQŞ İnteqrasiya olunmuş İdarəetmə Sistemləri (IMS) üzrə ISO sertifikatı aldı
Şirkət Beynəlxalq Qazma Podratçıları Assosiasiyasına (IADC) üzv oldu
“Ümid 1” platforması işə salındı və istismara verildi

İlk Baza-Bulla İstehsalat və Təchizat Bazası yaradıldı