18 Yanvar 2023

SOCAR AQŞ "IADC Drilling Caspian 2023" konfrans və sərgisinin Qızıl Sponsorudur

SOCAR AQŞ Qazma Podratçılarının Beynəlxalq Assosiasiyası (International Association of Drilling Contractors - IADC) tərəfindən 7-8 fevral tarixlərində Bakıda keçiriləcək “IADC Drilling Caspian 2023” konfrans və sərgisinin Qızıl Sponsoru olmaqdan məmnunluq duyur. 

 

Konfransda Xəzər regionu üzrə çətinlik və imkanları müzakirə etmək, həmçinin ən yaxşı təcrübələri bölüşmək üçün sənaye liderləri və qazma mütəxəssisləri bir araya gələcək. Tədbirdə qabaqcıl texnoloji nailiyyətlər, o cümlədən qazma işlərinin avtomatlaşdırılması, eləcə də müvafiq texniki nailiyyətlərin nümunələri təqdim olunacaq.

 

Qazma sənayesi üçün bu mühüm tədbir haqqında ətraflı məlumatı və tədbirdə iştirak etmək qaydalarını konfransın səhifəsindən https://www.iadc.org/event/iadc-drilling-caspian-2023/ əldə edə bilərsiniz.

 

IADC haqqında

1940-cı ildən Qazma Podratçılarının Beynəlxalq Assosiasiyası (IADC) müstəsna olaraq qlobal neft və qaz sənayesinin maraqlarını təmsil edir. IADC-nin missiyası bütün dünyada daha təhlükəsiz, daha təmiz və daha səmərəli qazma əməliyyatlarını təmin etmək üçün əməliyyat bütövlüyünü təkmilləşdirmək və daha yaxşı tənzimləməni dəstəkləməklə qazma sənayesində məhsuldarlığın artırılmasına təkan verməkdir. Əlavə məlumat üçün IADC veb saytına daxil olun www.iadc.org.