Son xəbərlər

SOCAR AQŞ Qərbi Abşeron yatağındakı 50 saylı platformada ilk quyunu uğurla təhvil verib.

 

Layihə üzrə dərinliyi 1192 metr olan quyu, faktiki olaraq 1200 metr dərinliyə çatdırılıb. Qazma əməliyyatları çərçivəsində geoloji-geofiziki tədqiqatlar aparılıb.

SOCAR AQŞ Neftçilər Gününü Qeyd Edir

Neft-qaz sənayesinin tərəqqisində misilsiz payı olan, ölkəmizin iqtisadi dayanıqlılığına və beynəlxalq nüfuzuna dəyərli töhfələr verən bütün neftçilərimizi 20 Sentyabr – Neftçilər Günü münasibətilə təbrik edirik!

SOCAR AQŞ “Bulla-dəniz” yatağında növbəti quyunun qazma və tamamlama işlərini uğurla başa çatdırıb

  

SOCAR AQŞ “Bulla-dəniz” qaz-kondensat yatağında həyata keçirdiyi növbəti mühüm layihəni uğurla tamamlayıb. Şirkət yatağın 6 saylı stasionar dəniz özülündən (SD

Biz kimik

SOCAR AQŞ 2007-ci ildə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR), Nobel Energy və Abşeron Qazma MMC (AQŞ) tərəfindən təsis edilmiş kompleks qazma və quyu xidmətlərinin idarə edilməsi şirkətidir.

Şirkət qabaqcıl qazma texnologiyalarını və yeni idarəetmə üsullarını tətbiq etməklə neft və qaz quyularının qazılması sənayesində çoxillik təcrübəyə malikdir. SOCAR AQŞ ölkənin qazma sənayesində innovativ yanaşmalar tətbiq edən lider şirkət olub, təhlükəsiz və etibarlı həllər təqdim edən uğurlu fəaliyyət təcrübəsinə malikdir...

Daha ətraflı
2007

SOCAR AQŞ təsis edildi

2008

Günəşli 13 və Günəşli 11 quyularının qazılması üçün ilk müqavilə imzalandı və quyular qazıldı

 

2009

SOCAR AQŞ İnteqrasiya olunmuş İdarəetmə Sistemləri (IMS) üzrə ISO sertifikatı aldı

Şirkət Beynəlxalq Qazma Podratçıları Assosiasiyasına (IADC) üzv oldu

 

2010

İlk Baza-Bulla İstehsalat və Təchizat Bazası yaradıldı

Layihələr