
Amalımız
Müasir beynəlxalq şirkət olaraq, enerji sahəsində kompleks və səmərəli həllər təqdim etməklə, maraqlı tərəflərimizə maksimum dəyər qazandırmaq.

Missiyamiz
Xəzər regionunda davamlı və sənayedə aparıcı qazma xidmətləri göstərmək, beynəlxalq bazarda biznesi genişləndirmək.
Dəyərlərimiz

Təhlükəsizlik: Korporativ mədəniyyətimizin özəyini təhlükəsizlik təşkil edir və biz işimizi ən yüksək təhlükəsizlik standartlarına uyğun olaraq yerinə yetiririk.

İnsan yönümlülük: Biz şirkətimizdə hər kəsə dəyər verir, hörmət edirik və məqsədimiz sağlam mühit yaratmaq və bir komanda kimi işləməkdir.

Bütövlük: Biz bütün maraqlı tərəflərimizə qarşı dürüstük və güclü mənəvi prinsiplərimiz var. Biz bütün fəaliyyətlərimizdə ən yüksək etik standartlara əməl edirik.

Mükəmməllik: Biz bütün əməliyyatlarımızda mükəmməlliyə, həmçinin yüksək iş icrası səviyyəsinə və davamlı təkmilləşməyə çalışırıq.

Yenilikçilik: Müştərilərimiz üçün təhlükəsiz, rəqabətədavamlı və etibarlı həllər təqdim etmək üçün ən qabaqcıl texnologiya və çevik iş üsullarını tətbiq etməklə daim modernləşməyə sərmayə qoyuruq.