James Cowie
Direktorlar Şurasının üzvü

Ceyms (Cim) Koui energetika sahəsində 40 ilə yaxın rəhbərlik təcrübəsinə malikdir.
Cənab Koui SOCAR AQŞ şirkətində Direktorlar Şurasının üzvüdür.
O, 40 ilə yaxın neft- qaz sektorunda - 15 il qazma üzrə podratçı vəzifəsində, qalanını isə Amoco, BP/Amoco və BP kimi şirkətlərdə müxtəlif vəzifələrdə- işləyib.
Karyerasının son illərində cənab Koui BP şirkətində quyular üzrə qlobal əməliyyatları dəstəkləyən Qlobal Quyular Təşkilatı üzrə vitse -prezident vəzifəsində çalışıb. Bundan öncə, o, BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə, daha əvvəl isə Böyük Britaniya və Norveç (Şimal dənizi) regionlarında quyular üzrə vitse-prezident olub.
Cənab Koui bəzi şirkət rəhbərlərinin məsləhətçisi kimi də fəaliyyət göstərib. Cənab Koui Aberdin şəhərində yerləşən Robert Gordon Universitetində “Neft-qaz mühəndisliyi” üzrə magistr dərəcəsi alıb.