
Beynəlxalq inkişaf məqsədlərinin bir hissəsi olaraq və vacib rentabelli fəaliyyəti saxlamaqla quruda və dənizdə kompleks qazma layihələrinin həyata keçirilməsi imkanlarını genişləndirərək SOCAR AQŞ 2018-ci ildə “KCA Deutag” ilə birlikdə “Turan Qazma və Mühəndislik” Birgə Müəssisəsini yaratmışdır.
Yarandığı andan “Turan Qazma və Mühəndislik” şirkəti Xəzər dənizində BP-nin idarə etdiyi yeddi platformada uğurlu qazma xidmətləri göstərmişdir.
2020-ci ildə “Turan Qazma və Mühəndislik” şirkəti BP-dən satınalma, texniki xidmət və anbarların idarə edilməsi ilə bağlı müqaviləyə əlavə razılaşma əldə etmişdir. Daha ətraflı: www.turandrilling.com