Eldar Yaradanquliyev
Qazma əməliyyatları üzrə direktor
Eldar Yaradanquliyev ali təhsilini 1986-cı ildə Azərbaycan Neft və Kimya Institutunun Qaz-Neft-Mədən qazma ixtisası üzrə bitirdikdən sonra Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə (SOCAR-a) məxsus “Bayıl Limanı”nda Dəniz Kəşfiyyat Qazma İdarəsində Qazma köməkçisi vəzifəsində işə başlamışdır. 1987-ci ildə isə SƏTƏM üzrə mühəndis vəzifəsinə təyin olunmuşdur.
Cənab Yaradanquliyev 1988-2001-ci illərdə “Bayıl Limanı”nda qazma mühəndisi, sonra isə Texnoloji şöbəsində böyük mühəndis vəzifəsində çalışmışdır. 2001-ci ildən Texnoloji şöbəsinin rəis müavini, sonra həmin şöbənin rəisi təyin olunan Cənab Yaradanquliyev 2008-ci ilə qədər bu vəzifədə çalışmışdır.
Cənab Yaradanquliyev 2008-ci ildə Azəri Drilling, sonra isə SOCAR AQŞ-də Qazma Mühəndisliyi şöbəsinin rəhbəri kimi fəaliyyətə başlamış, 2009-cu ildən bu günə qədər isə Qazma Əməliyyatları üzrə Direktor vəzifəsini icra edir.
Eldar Yaradanquliyev, SOCAR AQŞ-də bir çox uğurlu layihələri idarə etmiş, şirkətin qazandığı nailiyyətlərdə yaxından iştirak və rəhbərlik etmişdir. Bu nailiyyətlərə SOCAR tarixində ən tez quyunun qazılması, ən dərin yerdən süxur hissəciklərinin götürülməsi, ilk horizontal quyunun qazılması, ilk dəfə istismar kəmərinin özüldən sementlənməsi, ən dərin quyunun qazılması, ən ağır kəmərin birbaşa endirilməsi kimi layihələri aid etmək olar.
Cənab Yaradanquliyev SOCAR prezidenti tərəfindən “Fəxri Neftçi” nişanı, SOCAR AQŞ tərəfindən “Fəxri Fərman” ilə təltif olunmuşdur.