Rövşən Bayramov

Əməliyyatlara dəstək xidmətləri üzrə menecer

Cənab Rövşən Bayramov mühəndislik sahəsində liderlik, texnoloji dəstək və çətin şəraitdə çoxşaxəli komanda əməliyyatlarının idarə edilməsi kimi bacarıqlar nümayiş etdirməklə, neft-qaz sahəsində 20 ildən çox beynəlxalq təcrübəyə malikdir.

 

Cənab Bayramov neft sənayesində karyerasına “BP Azərbaycan” şirkətində “Çıraq 1” neft-qaz hasilatı platformasında texnik-mexanik kimi başlamışdır.

 

O, 2011-ci ildə “John Crane Smith” qrup şirkətinə qoşulmuş və fəaliyyətini Yaxın Şərq və Xəzər regionunda rotor avadanlıqlarının mexaniki kipgəcləri üzrə texniki xidmət mühəndisi kimi davam etdirmişdir. O, daha sonra Qərbi Afrikanın Anqola Respublikasında yerləşən “Chevron Oil & Gas” şirkətinə rotorlu qazma avadanlıqların etibarlılığı üzrə mühəndis kimi qoşulmuşdur.

 

2012-ci ildə Cənab Bayramov “Caspian Drilling Company” şirkətində “Dədə Qorqud” yarımdalma qurğusunun baş mühəndisi vəzifəsində işə başlamışdır. “CDC”- də o, baş mühəndis kimi “Fatih” qazma gəmisinin istismara verilməsi və işə salınması proseslərinə  rəhbərlik etmişdir. Dərin quyularda qazma işlərini uğurla başa çatdırdıqdan sonra o, Bakıya qayıtmış və Heydər Əliyev adına yarımdalma qazma qurğusunun baş mühəndisi təyin edilmişdir. Bunun ardınca iki qazma qurğusunun istismara verilməsi və audit prosesləri həyata keçirilmişdir.

 

2020-ci ildə cənab Bayramov SOCAR AQŞ-yə qoşulmuş və Əməliyyatlara dəstək üzrə menecer vəzifəsində çalışmağa başlamışdır. Cənab Bayramov Azərbaycan Texniki Universitetinin Mühəndis–Mexanik fakültəsini bitirmişdir.