Apparao Cherukuri
Qazma Mühəndisliyi üzrə direktor
Cənab Apparao Çerukuri yüksək təzyiqli qaz quyularının layihələndirilməsi, planlaşdırması və istismarı, üstün mühəndislik bacarıqlarının nümayiş etdirilməsi, QM komandasına rəhbərlik edilməsi, kompleks quyuların istismarı üzrə beynəlxalq miqyasda neft və qaz sahəsində 34 ildən çox təcrübəyə malikdir.
Cənab Çerukuri Hindistanda neft-qaz hasilatı sahəsində aparıcı şirkətlərdən biri olan “Oil and Natural Gas Corporation Limited”-də Qazma mühəndisi kimi işə başlamışdır. Karyerasını Assamda yerləşən “ONGC” şirkətində davam etdirərək KG hövzəsində Rəhbər Mühəndis (Qazma) vəzifəsinə yüksəlmişdir.
Daha sonra, o, Omanda “Petroleum Development of Oman (Shell JV)” şirkətində aparıcı qazma mühəndisi/qazma rəhbəri kimi beş il çalışmışdır. Bu müddət ərzində quruda istismar quyularının təslimini həyata keçirilmiş və zavod tipli qazma rejimində quyuların təslimini xeyli təkmilləşdirmişdir. Komandanın bir hissəsi neftin ikinci dərəcəli hasilatı metodu, qatı neft üçün kimyəvi həlledicinin tətbiqi, köpüklü sementləmə kimi bir neçə yeni texnologiyanı sınaqdan keçirmişdir. Kəşfiyyat quyusunun planlaşdırılması və istismarı, 24 klaster yatağı üçün quyu konstruksiyalarının hazırlanması və optimallaşdırılması kimi fəaliyyətləri də həyata keçirmişdir.
O, “BP Azərbaycan” şirkətinə Aparıcı Qazma Mühəndisi kimi qoşulmuş və 8 il fəaliyyət göstərmişdir. QM (qazma mühəndisləri) komandasına rəhbərlik etməklə, “Şahdəniz” layihəsində “Çıraq” neft yatağındakı genişlənmiş quyularda və sualtı yüksək təzyiqli dərin qaz quyularında yanakı quyu lüləsini istismara vermişdir. BP portfelində strateji əhəmiyyət kəsb edən kompleks Şahdəniz quyularının (Sualtı, dar PPFG (məsamə təzyiqi/layın qradient təzyiqi), dərin YT qaz) təslimini həyata keçirmişdir.
2021-ci ildə cənab Çerukuri SOCAR AQŞ-də Qazma Mühəndisliyi üzrə Direktor vəzifəsində fəaliyyətə başlamışdır.
Cənab Çerukuri Mühəndis Mexanikası üzrə bakalavr, Maliyyə üzrə magistr dərəcəsinə malikdir.