Təhlükəsizlik şirkətimizin dəyərlərinin ən başında dayanır. Bu, korporativ mədəniyyətimizin əsas komponentidir. Biz davamlı təcrübələri əməliyyatlarımızda tətbiq etməklə əməkdaşlarımız, podratçılarımız və müştərilərimiz üçün sağlam və təhlükəsiz mühit yaradırıq. Biz beynəlxalq təhlükəsizlik standartlarına riayət etməklə və Sağlamlıq və Təhlükəsizliyin İdarə Edilməsi Sistemimizi davamlı olaraq təkmilləşdirməklə, sıfır ölüm və sıfır xəsarətlə təhlükəsiz iş yerinin təmin edilməsinə diqqət yetiririk.
Bizim inteqrasiya edilmiş sağlamlıq və təhlükəsizliyin idarə edilməsi sistemimiz iş mühitinin yaxşılaşdırılmasına və şəxsi məsuliyyətin inkişafına yönəldilmişdir. Sistem təhlükəsizliklə bağlı bütün məsələlərin planlaşdırılmasını, təşkilini, koordinasiyasını və monitorinqini, eləcə də əsas təhlükəsizlik göstəricilərinin davamlı inkişafı üçün tədbirlər görülməsini əhatə edir.
Biz Azərbaycan Respublikasının əməyin mühafizəsi haqqında qanununa və Əmək məcəlləsinə, habelə əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə şirkətin Beynəlxalq əmək standartlarına və daxili qaydalarına tam riayət olunmasını təmin etməyə davam edirik. Bizim sağlamlıq və təhlükəsizliyin idarə edilməsi sistemimiz ISO 45001:2018-ə uyğun olaraq həyata keçirilir. API Q2 və IADC öhdəliklərimizi yerinə yetirərkən fəaliyyətimizə tətbiq olunan standartların, spesifikasiyaların və digər tələblərin müəyyənləşdirilməsi prosesini əhatə edən IADC CAA tətbiq edilir.
Biz qəzaların qarşısını almaq, eləcə də hər bir işçinin uzunmüddətli işləmə bacarığını təmin etmək üçün əlimizdən gələni etməyə çalışırıq.
İNTEQRƏ OLUNMUŞ İDARƏETMƏ SİSTEMİ ÜZRƏ SİYASƏT
SOCAR-AQŞ MMC-də ISO 9001:2015, ISO 14001:2015, ISO 45001:2018 və API SPEC Q2 standartlarının tələblərinin əsasında İnteqrə Olunmuş İdarəetmə Sistemi (İOİS) tətbiq edilmişdir.
İOİS üzrə Siyasət müəssisənin məqsədlərinə, kontekstinə uyğundur və müəssisənin strateji istiqamətini dəstəkləyir.
İOİS üzrə Siyasətin əhatə dairəsinə müəssisənin aşağıdakı fəaliyyətləri daxildir:
Dənizdə və Quruda Neft və Qaz Quyularının qazılması və Quyu Təmiri Xidmətlərinin göstərilməsi;
Müəssisənin maraqlı tərəflərə dair öhdəlikləri aşağıdakı kimidir:
- Sifarişçilər:
- Yüksək-səviyyəli inteqrə olunmuş qazma və quyu xidmətlərinin təmin edilməsi
- İşçilər:
- Müəssisədə tətbiq olunmuş İnteqrə Olunmuş İdarəetmə Sisteminin davamlı təkmilləşdirilməsi
- İşlə bağlı zədələnmə və xəstəliklərin qarşısının alınması üçün sağlam və təhlükəsiz iş şəraitinin təmin edilməsi
- Təhlükələrin aradan qaldırılması və STT üzrə risklərin azaldılması
- İşçilərin İnteqrə Olunmuş İdarəetmə Sisteminin təkmilləşdirilməsi məsələlərində məsləhətləşməsinin və həmin işlərə cəlb olunmasının təmin edilməsi
- İşçi heyətinin səriştəsini və məlumatlılığını artırmaq üçün İMS təlim proqramlarını həyata keçirmək
- Podratçılar:
- SOCAR-AQŞ MMC -nin Biznes Tərəfdaşlarının tələb və gözləntilərini yerinə yetirmək
- Qanunvericilik orqanları:
- Müəssisənin fəaliyyətinə şamil olunan qanunvericilik və digər tələblərin yerinə yetirilməsi
- Ətraf mühit:
- Əməliyyatlar zamanı ekoloji təhlükəsizliyi təmin etmək
- Enerji istehlakının səmərəliliyini artırmaq
- Tullantıların azaldılmasını, təkrar emal və utilizasiyasını təmin etmək
- Ətraf mühitin əsas fəaliyyət göstəricilərini təyin etmək və həyata keçirmək
- Cəmiyyət:
- Sosial proqramları və layihələri tətbiq etməklə cəmiyyətin inkişafına töhfə vermək.
İOİS üzrə siyasətin əsas prinsipləri aşağıdakılardır:
- Quyu tikintisinin effektivliyini artırmaq məqsədilə struktur vahidlərinin işini birgə planlaşdırmaq;
- Mövcud qurğu və avadanlıqların etibarlığını artırmaq, ehtiyac yarandığı hallarda yeni texnika və texnologiyaları tətbiq etmək;
- Sifarişçi tələblərinin və gözləntilərinin ən yüksək səviyyədə yerinə yetirilməsini təmin etmək;
- İşçilərin maksimal potensialını müəyyən etməyə yönəldilən və onların inkişafına sərf olunan investisiyaların maksimal səviyyədə geri qaytarılmasını təmin edən idarəetmə sistemi qurmaq;
- İşçilərin peşəkarlıq səviyyəsini beynəlxalq standartların tələblərinə uyğunlaşdırmaq;
- Bütün fəaliyyət sahələrində yeniliklərin tətbiqində təşəbbüskarlıq göstərən işçi heyəti formalaşdırmaq