Ətraf mühitin mühafizəsi olmadan davamlı inkişafa dair öhdəliyimiz yerinə yetirilə bilməz. Bizim karbon ayaq izini azaltmaq və ətraf mühitə mənfi təsirləri minimuma endirmək öhdəliyimiz var. 

 

Korporativ məqsədlərimizin bir hissəsi olaraq, fəaliyyətimiz nəticəsində əmələ gələn tullantıların azaldılması və təkrar istifadə edilə bilən tullantıların qaytarılması, iş mühitinin beynəlxalq standartlara uyğun qorunmasını təmir edir, təlimlər vasitəsilə həmkarlarımızın ətraf-mühit maariflənməsini artırır, bütün ekoloji aspektləri hərtərəfli qiymətləndirir və idarə edirik. 

Bizim ekoloji siyasətimiz və prosedurlarımız bütün işçilərimizə və bölmələrimizə şamil edilir və ISO 14001 kimi beynəlxalq standartlara və ən yaxşı sənaye təcrübələrinə uyğundur. Bizim məqsədimiz - ətraf mühit tullantılarının sıfıra endirilməsidir. 

 

Buna görə də, heç də təəccüblü deyil ki, siyasət və prosedurlarımızın əksəriyyətində ətraf mühitə mənfi təsirimizi minimuma endirməyə xidmət etməklə yanaşı, Xidmətin İcra Dövründə hər hansı əsas dağılmaların və tullantıların aradan qaldırılmasına yönəlmiş nəzarətlər də daxildir. 

Biz anlayırıq ki, istənilən sızma halları ətraf mühitə əhəmiyyətli dərəcədə mənfi təsir göstərə bilər. Beləliklə, şirkətin qurulduğu andan etibarən biz daim bu cür sızma hallarının qarşısının alınması üçün ciddi sistemlər yaratmağa çalışırıq və hər hansı bir insidenti və ya qaçırmaları hərtərəfli qiymətləndirməklə hadisələrin araşdırılması proseslərimizi inkişaf etdiririk. 

 

SOCAR AQŞ - də biz şirkətin ətraf mühitə mənfi təsirinin azaldılması üzrə səylərimiz çərçivəsində tullantıların minimuma endirilməsi üzərində fəal işləyirik. Tullantıların bütün formalarda səmərəli idarə edilməsi proseslərimiz üçün əsas əhəmiyyətə malikdir, buna görə də biz toplanmış tullantıların maksimum dərəcədə emal edilməsinə və ya onların fəaliyyətimizdə təkrar istifadə edilməsinə çalışırıq.