SOCAR AQŞ təhsillə bağlı təşəbbüsləri dəstəkləməyə davam edir

SOCAR AQŞ “Neftçi Geoloqları Cəmiyyəti” İctimai Birliyi tərəfindən həyata keçirilən XXVI Tələbə və Gənc Tədqiqatçıların İllik Beynəlxalq Konfransının Qızıl Sponsoru olmaqdan məmnunluq duyur.
“Mükəmməl Təhsil – Neftçıxarmada Müvəffəqiyyətin Açarıdır” şüarı altında keçiriləcən konfransda Neft-qaz yataqlarının geologiyası, modelləşməsi, işlənməsi və riskləri, Neft-qaz hövzəsinin karbohidrogen potensialı, axtarış-kəşfiyyatı işlənməsi və ətraf mühitə təsiri, Geofizika, petrofizika və geomexanika mövzuları üzrə müzakirələr aparılıb, tezislər qiymətləndirilib.
Konfransda müxtəlif təhsil müəsissələrindən tələbə və gənc tədqiqatçılar tərəfindən 30-dan çox tezis qəbul edilib, ayrı-ayrı bölmələr üzrə qaliblər müəyyənləşdirilib.
SOCAR AQŞ bütün iştirakçıları və qalibləri təbrik edir, gələcək fəailliyətlərində uğurlar arzu edir.