SOCAR AQŞ 25-ci Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgi və konfrasında uğurla iştirak edib
29 may-01 iyun 2018-ci il tarixlərində SOCAR AQŞ 25-ci Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgi və konfrasında iştirak edib.
Azərbaycanda ilk ixtisaslaşdırılmış tədbir olan Xəzər Neft və Qaz sərgisi 25 il ərzində əldə etdiyi uğur tarixçəsi sayəsində regionun əsas sənaye forumu statusunu qazanmışdır. Hər il ənənəvi olaraq keçirilən sərgi, əsas neft-qaz layihələrinin müzakirəsi, həmçinin neft və qaz hasilatı, emalı, nəqliyyat, logistika və xidmət sahələrində qabaqcıl texnologiyaları nümayiş etdirmək üçün müvafiq biznes çevrələrini bir araya gətirən önəmli tədbirdir.
Bu il beynəlxalq sərginin yubiley tədbirində iştirak edən SOCAR AQŞ öz fərdi sərgi pavilyonu ilə ziyarətçiləri qəbul edib. Müəssisənin fəaliyyət istiqamətlərinə dair maraqlı təqdimatlar geniş auditoriyanın marağına səbəb olub.
Müxtəlif neft-qaz şirkətlərinin nümayəndə heyətləri müəssisənin əməkdaşları ilə geoloji nöqteyi nəzərdən öz mürəkkəbliyi ilə seçilən «Ümid» və «Bulla» qaz yataqlarında aparılan qazma işlərinə dair maraqlı fikir mübadiləri aparıblar.
Eyni zamanda müəssisənin Beynəlxalq Quyuya Nəzarət Fondunun (IWCF) akreditasiyası əsnasında yaratdığı SOCAR AQS Drilling School-un fəaliyəti də yerli və beynəlxalq şirkətlərin aparıcı mütəxəssislərinin böyük marağlna səbəb olub.
SOCAR AQS Drilling School-da Quyuya nəzarət 2,3, və 4-cü kateqoriya üzrə aparılan təlim prosesi quyuya nəzarət proqramı üzrə səriştəli yerli kadrların yetişdilməsinə önəmli töhfə verir.
Dörd gün davam edən beynəlxalq sərgidə müəssisəni təmsil edən məsul əməkdaşlar regionun qabaqcıl neft sənayesi şirkətləri ilə yeni müstəvidə məhsuldar biznes münasibətləri yaradıblar.
Eyni zamanda SOCAR AQŞ sərginin işgüzar proqramını müşayiət edən və 30-31 may tarixində «Fairmont Baku» Otelində keçirilən Beynəlxalq «Caspian Oil & Gas» konfransın Bürünc sponsoru qismində iştirak edib. Konfrans hər il aparıcı şirkətlərin mütəxəssisləri arasında aktual məsələlər xüsusunda fikir mübadiləsi üçün müstəsna imkanlar yaradır.
Konfransın ilk günündə SOCAR AQŞ-nin Qazma Meneceri Graham Clark və məsləhətçi Bryan Wollam ««Agile» idarəetmə sistemi, texniki akkreditasiya və qabaqcıl standartlaşdırma üsullarını tətbiq etməklə fəaliyyət göstəricilərinin artırılması» mövzusunda maraqlı təqdimatla çıxış ediblər. Müəssisədə yenicə tətbiqinə başlanılmış «Agile» idarəetmə sistemi uzun müddətli dövr üçün müəssisənin strateji məqsəd və hədəflərinin idarə olunması prosesini sürətləndirməyə təkan verir. Dinamik İdarəetmə Sistemi adlanan bu proses çərçivəsində məqsəd və hədəflər əyani şəkildə layihələndirildiyindən işlərin yerinə yetirilməsinə nəzarət kifayət qədər sürətləndirilir.
Müəssisədə həyata keçirilən «Agile» sisteminin mahiyyəti və ən yaxşı təcrübələrə əsaslanaraq hazırlanmış təqdimat konfrans iştirakçılarının böyük marağına səbəb olub. Milli müəssisədə qabaqcıl standartlaşdırma üsullarının tətbiqi konfransın moderatorları tərəfindən yüksək qiymətləndirilmiş və bu dəyər SOCAR AQŞ-nin milli qazma sənayesindəki yenilkçi statusunu bir daha təsdiq etmişdir.
Qeyd edək ki, müxtəlif sahələrdən olan mütəxəssislərin də iştirak etdiyi konfransda son texnoloji nailiyyətlər, müasir tədqiqatların nəticələri və inkişaf perspektivlərinə dair məsələlər geniş müzakirə edilib.