Neftçilər Günü: Enerji Sənayesinin Qəhrəmanlarını Təbrik Edirik

Bu gün, Neftçilər Günü münasibətilə, Azərbaycan enerji sektorunun inkişafına töhfə verən bütün neftçiləri səmimi qəlbdən təbrik edir və dərin minnətdarlığımızı bildiririk.
Bu əlamətdar gün, ölkəmizin neft-qaz sənayesində çalışan hər bir peşəkarın, istər sahədə, istərsə də ofisdə əzmkarlığını, peşəkarlığını və zəhmətini dəyərləndirmək üçün bir fürsətdir. Sizin əməyiniz ümumi uğurlarımızın əsasını təşkil edir.
Bununla yanaşı, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən əməkdaşlarımızdan iki nəfərin yüksək mükafatlara layiq görüldüyünü böyük qürurla bildiririk:
• Musayev Namizad (Qazma mexaniki) – “Fəxri neftçi” döş nişanı ilə təltif olunub
• Əliyev İlham (Baş qazma ustası) – Fəxri Fərman ilə təltif olunub
Bu münasibətlə onları ürəkdən təbrik edir, gələcək fəaliyyətlərində uğurlar arzulayırıq.
Bütün neftçilərə — zəhmətiniz, sədaqətiniz və əvəzsiz töhfələriniz üçün təşəkkür edirik.
Neftçilər Gününüz mübarək!