11 Fevral 2025

SOCAR AQŞ-nin Bakı Qazma Məktəbi yeni ünvanda

 

Məmnuniyyət hissi ilə bildirmək istərdik ki, SOCAR AQŞ-nin təsis etdiyi Bakı Qazma Məktəbi (Baku Drilling School) artıq yeni ünvandadır. Bu hadisəni qeyd etmək üçün fevral ayının beşində  rəsmi açılış mərasimi baş tutub.

 

Bakı Qazma Məktəbinin açılış mərasimində yerli və beynəlxalq neft-qaz sənayesinin nüfuzlu təmsilçiləri olan SOCAR, bp, Nobel Energy, GL, Halliburton, Schlumberger, UBOC, Turan Qazma və Mühəndislik Şirkəti, Weatherford və s. şirkətlərin, eləcə də beynəlxalq təşkilat IADC-nin nümayəndə heyəti iştirak edib.

 

2019-cu ildən fəaliyyət göstərən beynəlxalq akkreditasiyaya malik təlim mərkəzi indi daha müasir tələblərə cavab verən sinif otaqları və üstün imkanlarla təchiz olunub.

 

Bakı Qazma Məktəbi innovativ qazma simulyatorları və beynəlxalq təcrübəyə malik mütəxəssisləri ilə neft və qaz sahəsində çalışan əməkdaşlar üçün təhlükəsizliyə əsaslanan, innovativ, effektiv və kompleks təlim proqramları təqdim etməyə davam edəcəkdir.

 

SOCAR AQŞ-nin Baş direktoru Samir Mollayev qeyd edir: "Biz əminik ki, Bakı Qazma Məktəbi beynəlxalq təlimlər təqdim etməklə, yenilik və mükəmməlliyi təşviq etməklə Xəzər regionunda sənayenin istedadlarının inkişafında əsas rol oynamağa davam edəcək."

 

Bakı Qazma Məktəbinin direktoru Nəriman Mustafayev əlavə edir: "Müasir avadanlıqlar və təcrübəli təlimçilərlə biz, enerji sektorunun gələcəyini formalaşdıracaq yüksək ixtisaslı işçi qüvvəsinin inkişafına töhfə verməkdən qürur duyuruq."

 

Hazırda Bakı Qazma Məktəbi müştərilərin tələblərinə uyğun Neft və Qaz sənayesinin müxtəlif sahələri üzrə 60-dan çox təlim kursu təklif edir.

 

Bakı Qazma Məktəbi və onun təlim proqramları haqqında ətraflı məlumat üçün www.bds.com.az saytına daxil olun.