20 Sentyabr 2024

SOCAR AQŞ Neftçilər Gününü Qeyd Edir

Bu gün biz əlamətdar bir günü, neft və qaz sənayesində mütəxəssislərimizin böyük töhfələrini bir daha qiymətləndirmək üçün Neftçilər Gününü qeyd edirik.


Neftçilər Günü, Azərbaycanın enerji sektorunun inkişafında əhəmiyyətli rol oynamış neftçilərimizin əzmkarlığına və təcrübələrinə həsr edilmişdir. Sizin zəhmətinizi və əzminizi yüksək qiymətləndirir və göstərdiyiniz bu əhəmiyyətli töhfəyə görə təşəkkürümüzü bildiririk.


Bu əlamətdar gündə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Fəxri neftçi” döş nişanı və Fəxri fərmanı ilə təltif edilmiş əməkdaşlarımızı sizə təqdim etmək istərdik:


•    Brumendfard Nazir Qurban oğlu-“Fəxri neftçi” döş nişanı
•    Əliyev Yalçın Xamo oğlu - Fəxri Fərman


Həmkarlarımızı bu mühüm nailliyyətləri münasibətilə təbrik edirik.


Neftçilər gününüz mübarək!