SOCAR AQŞ "Dünya Keyfiyyət Həftəsi"ni qeyd edir
SOCAR AQŞ “CQI | The Chartered Quality Institute” tərəfindən təşkil olunan “Dünya Keyfiyyət Həftəsi 2023”-ə qoşulub.
"Dünya Keyfiyyət Həftəsi 2023" tədbiri, Risk Menecment Peşəkarları (RMP) birliyi tərəfindən TCS (Training Consulting Services) və DNV-nin (Det Norske Veritas) təşkilatı dəstəyi ilə Bakıda “Holiday Inn” otelində keçirilib.
KSƏTTƏMM komandamız keyfiyyətin idarə olunması peşəsinin dəyərini vurğulayan və rəqabət potensialının reallaşdırılması mövzusuna diqqət yetirən bu qlobal kampaniyada fəal iştirak edib.
Tədbir zamanı məruzəçilər öz təqdimatları ilə keyfiyyət təminatı və keyfiyyətə nəzarət sahəsində çalışan iştirakçıların diqqətini cəlb edərək, öz zəngin təcrübələrini RMP üzvləri ilə bölüşərək, innovativ ideyalar haqqında müzakirələrdə iştirak ediblər.
Tədbirdə iştirak edən 130-dan çox RMP üzvləri fərdi qaydada təşkil olunmuş onlayn interaktiv müsabiqədə iştirak edib.
Əməkdaşlarımız Zümrüd Abdullayeva və Nərgiz Məmmədəliyevanın KSƏTTƏMM sahəsində təcrübələrini nümayiş etdirərək, müsabiqədə qalib gələn on nəfərin arasında olduqlarını bildirməkdən məmnunluq duyuruq.
Əməkdaşlarımızı bu şəxsi nailiyyətlərinə görə təbrik edirik.
Onların uğuru bütün SOCAR AQŞ KSƏTTƏMM komandasının ən yüksək keyfiyyət, sağlamlıq, təhlükəsizlik və ətraf mühitin mühafizəsi standartlarını saxlamaq üçün göstərdikləri öhdəliyi əks etdirir.