24 Oktyabr 2021

Zeynalov Teymurun Vətən müharibəsində şəhid olmasının ildönümü qeyd olundu

Bu gün Vətən müharibəsində qəhrəmancasına şəhid olan SOCAR AQŞ-nin əməkdaşı Zeynalov Teymur Tağı oğlunun şəhidlik zirvəsinə ucaldığı gündən bir il keçir.

 

1993-cü il təvəllüdlü əməkdaşımız Zeynalov Teymur Tağı oğlu 29 sentyabr tarixində Azərbaycan Ordusunun sıralarına qoşulmuş və 24 oktyabr qaynar döyüşlərin getdiyi Füzuli rayonunun kəndlərinin və strateji yüksəkliklərinin azad edilməsi zamanı qəhrəmancasına şəhadət zirvəsinə yüksəlmişdir.

 

Şəhidimiz döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölümündən sonra "Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.

 

SOCAR AQŞ-nin Baş Direktoru Samir Mollayev, Vətən müharibəsi iştirakçıları, SOCAR AQŞ-nin əməkdaşları və şəhidin ailə üzvləri tərəfindən Zeynalov Teymurun məzarı ziyarət edilərək xatirəsi ehtiramla anılıb. Şəhidin məzarı üzərinə gül dəstələri qoyulub, ruhuna dualar oxunub.

 

Qeyd etmək istərdik ki, Teymur 2015-ci ildən SOCAR AQŞ-də Mühasib köməkçisi və Materiallar üzrə mühasib vəzifələrində çalışmışdır. O, iş yoldaşlarının yaddaşında hər zaman vətənpərvər insan kimi qalacaqdır.

 

Allahdan şəhidimizə rəhmət diləyirik.