13 Oktyabr 2021

SOCAR AQŞ Ukrayna Qaz İnvestisiya Konqresinin Qızıl Sponsorudur

SOCAR AQŞ, 20-21 oktyabr 2021-ci il tarixlərində Kiyevdə keçiriləcək Ukrayna Qaz İnvestisiya Konqresinin Qızıl Sponsoru olmaqdan məmnunluq duyur

 

Ukraynanın Energetika Nazirliyinin himayəsi, Ukrayna Ətraf Mühitin Mühafizəsi və Təbii Sərvətlər Nazirliyinin dəstəyi, eləcə də “Naftogaz”ın təşkilatşılığı ilə həyata keçirilən bu tədbir qaz sektorunun gələcəyi ilə bağlı fikir formalaşdırmaq, ümumi maraqları və qarşılıqlı faydalı əməkdaşlıq formalarını müəyyən etmək üçün enerji sənayesində dünya liderlərini bir araya gətirən vahid platformadır.

 

Tədbirdə Rumıniyanın Energetika Naziri Virgil Daniel Popescu, Ukraynanın Enerji Naziri German Galushchenko, Ukraynanın Ətraf Mühitin Mühafizəsi və Təbii Sərvətlər Naziri Roman Abramovski, “Naftogaz”-ın İcraçı Direktoru Yuriy Vitrenko və enerji sektorundan daha bir çox rəsmi şəxslər çıxış edəcək.

 

Konqresdə texnologiyaların tətbiqinin sürətləndirilməsinin vacibliyi, uzunmüddətli strateji investisiyalar, əsas qaz ehtiyatlarının kəşfiyyatı və hasilatı üçün imkanlar, neft və qaz sektorunun maliyyələşdirmə modelləri kimi mövzular müzakirə olunacaq.

 

Tədbir haqqında ətraflı: https://www.ukrainegasinvestmentcongress.com/