14 Fevral 2020

SOCAR AQŞ “HR Meetup” da iştirak edib.

SOCAR AQŞ-nin İnsan Kapitalı komandası “HR Meetup” da iştirak edib.  14 fevral 2020 –ci il tarixində keçirilən “HR Meetup” zamanı insan kapitalının şirkətdəki rolu, bu sahədəki yeniliklər və transformasiya metodları müzakirə edilib.

 

"Opalus Partners Group" şirkətinin təşkilatçılığı ilə silsilə şəkilində keçirililən  “HR Meetup”, HR nəzəriyyəsinin gerçək dünya ilə görüşdüyü bir platformanın yaradılması yolu ilə HR anlayışları və problemləri ilə bağlı yeni perspektivlər təqdim etmək üçündür. Tədbirin missiyası HR sahəsində bilik mübadiləsini təmin etmək, korporativ qarşılıqlı əlaqəni artırmaq və insan idarəçiliyinin bütün sahələrinə dair aktual mövzularda beyin fırtınasına yardım etməkdir.

 

SOCAR AQŞ –nin sponsoru olduğu “HR Meetup” da  Azərbaycanda fəaliyyət göstərən 40 – a qədər şirkətin nümayəndəsi iştirak edib.