SOCAR AQŞ Şirkətinin Yay Təcrübə Proqramı – 2024

 

SOCAR AQŞ Şirkəti 2024-cü il Yay Təcrübə Proqramı çərçivəsində Bakalavr pilləsinin sonuncu kurs tələbələrinə aşağıdakı şöbələrdə çox maraqlı öyrənmə və inkişaf imkanlarını təklif edir:

  • Qazma mühəndisliyi
  • Əməliyyatlara dəstək xidmətləri

Tələblər

Qazma mühəndisliyi:

  • Neft və qaz mühəndisliyi fakültəsinin Bakalavr pilləsinin sonuncu kurs tələbələri
  • Şəxsi ünsiyyət və komandada işləmə bacarıqları
  • ÜOMG: 90+
  • İngilis və azərbaycan dil bilikləri yüksək səviyyədə
  • Azərbaycan vətəndaşlığı

 

Əməliyyatlara dəstək xidmələri:

  • Sənaye və mülki tikinti, neft-qaz qurğuları mühəndisliyi və inşaat mühəndisliyi fakültələrinin Bakalavr pilləsinin sonuncu kurs tələbələri
  • Şəxsi ünsiyyət və komandada işləmə bacarıqları
  • ÜOMG: 80+
  • İngilis və azərbaycan dil bilikləri yüksək səviyyədə
  • Azərbaycan vətəndaşlığı

 

Seçim prosesi

Addım 1: CV-nizi 10 may 2024-cü il tarixi, saat 18:00-dək recruitment@socar-aqs.com  elektron poçt ünvanına göndərin. Nəzərə alın ki, yalnız növbəti mərhələyə seçilən namizədlərlə əlaqə saxlanılacaq.

Email-in mövzu (“Subject”) hissəsində müraciət etdiyiniz şöbənin adını aşağıda göstərildiyi kimi qeyd edin:

  • Summer Internship 2024 – Drilling Engineering;
  • Summer Internship 2024 – Operations Support Services.

 

Addım 2: Testlər. Növbəti mərhələyə seçilən namizədlər ingilis dil biliyi səviyyəsini müəyyən etmək üçün yazılı ingilis dili imtahanına dəvət olunacaqlar.

*Qeyd: Qazma mühəndisliyi şöbəsinə müraciət edən namizədlər həmçinin yazılı texniki testə dəvət olunacaqlar.

 

Addım 3: Panel müsahibələri. Testlərdə qənaətbəxş nəticələr əldə etmiş namizədlər panel müsahibələrinə keçid alacaq. Panel müsahibələr müraciət edilən şöbələrin texniki mütəxəssisləri həmçinin İnsan Kapitalı şöbəsinin əməkdaşları tərəfindən birgə aparılacaq.

 

Addım 4: Seçim prosesinin yekunlaşması.

Müraciətlər 10 may 2024-cü il tarixi, saat 18:00-dək qəbul olunur.