05 Noyabr 2022

SOCAR AQŞ "Günəşli" yatağında 358 saylı quyunun qazma işlərini uğurla başa çatdırdı

SOCAR AQŞ “Günəşli” yatağında 7 saylı platformadan 358 nömrəli quyunun qazma işlərini uğurla başa çatdırmışdır.

 

Quyunun qazılması zamanı əməliyyatlar sağlamlıq, təhlükəsizlik və ətraf mühitin mühafizəsi tələblərinə uyğun aparılmışdır. Quyu bütövlüyü təmin edilməklə layihəyə və plan-qrafikə uyğun olaraq quyu keyfiyyətlə qazılaraq sifarişçi SOCAR-ın “Azneft” İstehsalat Birliyinə təhvil verilmişdir.

 

Günəşli yatağının dayaz sulu hissəsində 7 saylı platformadan X horizonta qazılmış 358 saylı istismar quyusu fontan üsulu ilə və yüksək hasilatla işə düşmüşdür.

Quyunun qazılması zamanı 28 düym istiqamətləndirici kəmər layihədən risklər dəyərləndirilərək və protokollaşdırılaraq çıxarılmış və bu da öz növbəsində 20 düym konduktor kəmərin yüksək keyfiyyətli sementlənməsi ilə nəticələnmişdir.

 

Eyni zamanda quyuda 7 x 6 5/8 düym kombinə olunmuş istismar kəməri endirilmişdir. Hər iki kəmərin diametrinə uyğun xüsusi kombinə olunmuş tıxac istifadə edilməklə əməliyyat uğurla tamamlanmışdır. Bu, gələcəkdə sifarişçinin 7 düym kəmər daxilindən yuxarı intervallardan planlaşdırılan yan lülələrin qazılması tələblərinə uyğun olmaqla yanaşı açıq lülədə boyük diametrli kəmərin endirilməməsi üçün genişləndirmə əməliyyatının aparılmasına zərurət yaratmır.

 

Quyunun qazılmasında vahid komanda kimi iştirak edən, əməliyyatların keyfiyyətlə və düzgün qaydada yerinə yetirilməsində rolu olan SOCAR-ın “Azneft” İstehsalat Birliyinə, podratçı şirkətlərə və SOCAR AQŞ-nin hər bir əməkdaşına təşəkkür edirik.

 

Biz inanırıq ki, gələcəkdə də bütün layihələrimiz sıx əməkdaşlıq çərçivəsində uğurla həyata keçiriləcəkdir.