Son xəbərlər

SOCAR AQŞ-də Zəfər Günü münasibətilə tədbir keçirilib

Bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, ordumuzun misilsiz qəhrəmanlığı və xalqımızın birliyi hesabına əldə etdiyimiz tarixi qələbənin il dönümüdür.

SOCAR AQŞ "Günəşli" yatağında 358 saylı quyunun qazma işlərini uğurla başa çatdırdı

SOCAR AQŞ “Günəşli” yatağında 7 saylı platformadan 358 nömrəli quyunun qazma işlərini uğurla başa çatdırmışdır.

SOCAR AQŞ məzunlar üçün karyera imkanları yaratmağa davam edir

SOCAR AQŞ-nin 2022-ci il üzrə Təcrübə Proqramı uğurla başa çatıb. Proqramda Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Fransa Azərbaycan Universiteti və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin sonuncu kurs tələbələri  təcrübə qazanmaq və karyera yolunda uğurla addımlamaq üçün iştirak ediblər.

Biz kimik

SOCAR AQŞ 2007-ci ildə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR), Nobel Energy və Abşeron Qazma MMC (AQŞ) tərəfindən təsis edilmiş kompleks qazma və quyu xidmətlərinin idarə edilməsi şirkətidir.

Şirkət qabaqcıl qazma texnologiyalarını və yeni idarəetmə üsullarını tətbiq etməklə neft və qaz quyularının qazılması sənayesində çoxillik təcrübəyə malikdir. SOCAR AQŞ ölkənin qazma sənayesində innovativ yanaşmalar tətbiq edən lider şirkət olub, təhlükəsiz və etibarlı həllər təqdim edən uğurlu fəaliyyət təcrübəsinə malikdir...

Daha ətraflı
2007

SOCAR AQŞ təsis edildi

2008

“Günəşli 13” və “Günəşli 11” quyularının qazılması üçün ilk müqavilə imzalandı

“Günəşli 13” və “Günəşli 11” platformalarından ilk quyu qazıldı

2009

SOCAR AQŞ İnteqrasiya olunmuş İdarəetmə Sistemləri (IMS) üzrə ISO sertifikatı aldı

Şirkət Beynəlxalq Qazma Podratçıları Assosiasiyasına (IADC) üzv oldu

“Ümid 1” platforması işə salındı və istismara verildi

2010

İlk Baza-Bulla İstehsalat və Təchizat Bazası yaradıldı

Layihələr