Son xəbərlər

SOCAR AQŞ Neftçilər Gününü Qeyd Edir

Bu gün biz əlamətdar bir günü, neft və qaz sənayesində mütəxəssislərimizin böyük töhfələrini bir daha qiymətləndirmək üçün Neftçilər Gününü qeyd edirik.

SOCAR AQŞ təcrübə proqramı vasitəsilə gələcək istedadları dəstəkləyir

 

 

Müxtəlif universitetlərin on istedadlı tələbəsinin iştirak etdiyi SOCAR AQŞ-nin yay təcrübə proqramı uğurla başa çatıb.

SOCAR AQŞ-nin Bakı  Qazma Məktəbi bp ilə Üçillik Müqavilə İmzalayıb

 

 

Beynəlxalq akkreditasiyaya malik təlim mərkəzi olan Bakı Qazma Məktəbi (Baku Drilling School) bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionu üzrə üç illik müqavilə imzaladığını böyük məmnuniyyətlə elan edir.

Biz kimik

SOCAR AQŞ 2007-ci ildə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR), Nobel Energy və Abşeron Qazma MMC (AQŞ) tərəfindən təsis edilmiş kompleks qazma və quyu xidmətlərinin idarə edilməsi şirkətidir.

Şirkət qabaqcıl qazma texnologiyalarını və yeni idarəetmə üsullarını tətbiq etməklə neft və qaz quyularının qazılması sənayesində çoxillik təcrübəyə malikdir. SOCAR AQŞ ölkənin qazma sənayesində innovativ yanaşmalar tətbiq edən lider şirkət olub, təhlükəsiz və etibarlı həllər təqdim edən uğurlu fəaliyyət təcrübəsinə malikdir...

Daha ətraflı
2007

SOCAR AQŞ təsis edildi

2008

“Günəşli 13” və “Günəşli 11” quyularının qazılması üçün ilk müqavilə imzalandı və quyular qazıldı

 

2009

SOCAR AQŞ İnteqrasiya olunmuş İdarəetmə Sistemləri (IMS) üzrə ISO sertifikatı aldı

Şirkət Beynəlxalq Qazma Podratçıları Assosiasiyasına (IADC) üzv oldu

 

2010

İlk Baza-Bulla İstehsalat və Təchizat Bazası yaradıldı

Layihələr