Mənimsəmə proqramının hazırlanması

Qərbi Abşeron və Günəşli yataqlarında quyular layihə horizontuna horizontal qazılmaqla açıq lüləyə yüksək keyfiyyət tələblərinə cavab verən və hasilatı artırmağa imkan verən süzgəclər buraxmaqla tamamlanır. Bu metod hasilatın dəfələrlə artırılmasına səbəb olur.

AZƏRBAYCAN QAZMA SƏNAYESİNDƏ İLK DƏFƏ

Horizontal quyu

Dayazsulu Günəşli yatağında ilk dəfə olaraq müəssisəmiz tərəfindən horizontal istismar quyusu (350) DDSÖ 13-dən qazılmışdır.

daha ətraflı

Vipstok texnologiyasının tətbiqi

Dayazsulu Günəşli yatağında ilk dəfə olaraq müasir vipstok texnologiyası istifadə edilərək 13 saylı DDSÖ-də qəzanı aradan qaldırmaq məqsədilə rotor üsulu ilə mövcud qazma lüləsindən yan lülə qazılmışdır.

daha ətraflı