Nə üçün SOCAR-AQŞ?

SOCAR-AQŞ-nin uğurları eyni zamanda onun müştərilərinin də uğurudur. Bu uğurların qazanılması işçilərimizin bilik və bacarıqlarından asılıdır. Biz SOCAR-AQŞ komandasının bütün üzvlərinə neft və qaz sənayesinin ən vacib təlim və karyera inkişafı imkanlarını təqdim edirik. Bununla biz həm SOCAR-AQŞ-nin beynəlxalq müəssisəyə çevrilmək yolunda inkişaf etməsini, həm də işçilərimizin karyera pillələrində irəliləməsini təmin edirik. Sizi də bizim komandaya qoşulmağa və bizimlə birgə Azərbaycanın neft və qaz sənayesindəki tarixi qabaqcıl rolunu bərpa etmək istiqamətində uğurla addımlamağa dəvət edirik.

 

CV GÖNDƏR

AZƏRBAYCAN QAZMA SƏNAYESİNDƏ İLK DƏFƏ

Horizontal quyu

Dayazsulu Günəşli yatağında ilk dəfə olaraq müəssisəmiz tərəfindən horizontal istismar quyusu (350) DDSÖ 13-dən qazılmışdır.

daha ətraflı

Vipstok texnologiyasının tətbiqi

Dayazsulu Günəşli yatağında ilk dəfə olaraq müasir vipstok texnologiyası istifadə edilərək 13 saylı DDSÖ-də qəzanı aradan qaldırmaq məqsədilə rotor üsulu ilə mövcud qazma lüləsindən yan lülə qazılmışdır.

daha ətraflı