SOCAR-AQŞ-də iş

Dövlətimizin, həmçinin müəssisəmizin inkişafı, xalqımızın rifah halının yaxşılaşdırılması üçün bilikli, bacarıqlı, həvəsli və peşəkar işçilərə ehtiyac duyulur. Neft və qaz sənayesi bütün dünyada ən ağır zəhmət və ciddi məsuliyyət tələb edən sənayelərdən biridir. Bu sənayedə uğur əldə etmək işçilərdən həm şəxsi, həm də işgüzar baxımdan daim təkmilləşmə tələb edir. Ona görə də, SOCAR-AQŞ olaraq biz istedadlı və həvəsli kadrların işə cəlb olunmasına və onların sənaye əhəmiyyətli təlimlər vasitəsilə təkmilləşdirilməsinə xüsusi diqqət yönəldirik. İşçilərimiz bizim qürur mənbəyimizdir. Biz Azərbaycanın neft və qaz sənayesinin inkişafına verdiyimiz töhfələrlə fəxr edirik və bu yolda irəliləməyə davam edəcəyik.

 

CV GÖNDƏR

AZƏRBAYCAN QAZMA SƏNAYESİNDƏ İLK DƏFƏ

Horizontal quyu

Dayazsulu Günəşli yatağında ilk dəfə olaraq müəssisəmiz tərəfindən horizontal istismar quyusu (350) DDSÖ 13-dən qazılmışdır.

daha ətraflı

Qabaqcıl Texnologiyaların Uğurlu Tətbiqi

SOCAR-AQŞ BP Azərbaycan şirkətinin elan etdiyi Sahibkarlığın İnkişafı Mükafatı 2015 müsabiqəsində İLİN ŞİRKƏTİ Mükafatına layiq görülmüşdür.

daha ətraflı