SOCAR AQŞ Neftçilər Gününü qeyd edir

  • 20/09/2022

    Bu gün biz Azərbaycanın Neft və Qaz sənayesi üçün əlamətdar günlərdən biri olan 20 Sentyabr - Neftçilər Gününü qeyd edirik. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan bu gün müasir müstəqil Azərbaycan dövlətinin tarixinə mühüm hadisə kimi daxil olmuşdur.

    Neft strategiyasının uğurla həyata keçirilməsində neftçilərin əməyi böyükdür və hər zaman yüksək dəyərləndirilib. Azərbaycan neftçiləri ölkəmizin sosial-iqtisadi yüksəlişində böyük rol oynayıblar və bu istiqamətdə əzmlə çalışmağa davam edirlər.

    Tarixən Azərbaycanda bir çox neft mütəxəssisləri yetişib və bu gün də zəngin təcrübəyə malik peşəkar işçilərimiz SOCAR AQŞ-də fəaliyyətimizə istər ölkə daxilində, istərsə də xarici layihələrimizdə öz töhfələrini verirlər. Bunun üçün hər bir əməkdaşımıza öz təşəkkürümüzü bildiririk.

    Bu əlamətdar gündə böyük məmnunluq hissi ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin fəxri fərman və döş nişanları ilə təltif edilmiş əməkdaşlarımızı sizə təqdim etmək istərdik:

    Yolçuyev Cəmil Ağaşah oğlu - “Fəxri Neftçi” döş nişanı

    Kərimov Elxan İslah oğlu -Fəxri Fərman 

     

    Hər birinizi 20 Sentyabr - Neftçilər Günü münasibətilə ürəkdən təbrik edir, mürəkkəb iş mühitində işləyərək öz enerjisi, səriştəsi və əməyi ilə neft və qaz sənayesinə töhfə vermiş hər kəsə təşəkkürümüzü bildirir, uğurlarınızın davamlı olmasını diləyirik.

AZƏRBAYCAN QAZMA SƏNAYESİNDƏ İLK DƏFƏ

Horizontal quyu

Dayazsulu Günəşli yatağında ilk dəfə olaraq müəssisəmiz tərəfindən horizontal istismar quyusu (350) DDSÖ 13-dən qazılmışdır.

daha ətraflı

Vipstok texnologiyasının tətbiqi

Dayazsulu Günəşli yatağında ilk dəfə olaraq müasir vipstok texnologiyası istifadə edilərək 13 saylı DDSÖ-də qəzanı aradan qaldırmaq məqsədilə rotor üsulu ilə mövcud qazma lüləsindən yan lülə qazılmışdır.

daha ətraflı