06/05/2022
Bu gün SOCAR AQŞ əməkdaşları ADA unversitetində keçirilən onuncu əmək yarmarkasında iştirak edib.
SOCAR AQŞ tədbridə ADA Universitetinin tələbə və məzunları ilə şirkətin fəaliyyət istiqamətləri və karyera imkanları haqqında müzakirələr aparıb.
“İstedadlarla karyera yolları arasında körpü” devizi altında keçirilən ADA Əmək Yarmarkasında dövlət və özəl sektoru təmsil edən 129 qurum iştirak edib.
Gənc istedadları daim dəstəkləyən şirkət olaraq SOCAR AQŞ korporativ sosial məsuliyyət öhdəliyi çərçivəsində, tələbələrin təhsilinə və uğurlu karyera qurmaları istiqamətində öz töhfəsini verməyə bundan sonra da davam edəcəkdir.
Horizontal quyu
Dayazsulu Günəşli yatağında ilk dəfə olaraq müəssisəmiz tərəfindən horizontal istismar quyusu (350) DDSÖ 13-dən qazılmışdır.
daha ətraflı
Kerna nümunələrinin götürülməsi
Günəşli yatağında 11 və 13 saylı DDSÖ-lərdən yeni texnologiyanın tətbiqi ilə kerna nümunələri götürülmüşdür.
daha ətraflı