SOCAR AQŞ “Günəşli” yatağında daha bir quyunun qazma işlərini uğurla başa çatdırdı

  • 09/12/2021

    SOCAR AQŞ 7 saylı dəniz stasionar özülündən 356 nömrəli quyunun qazma işlərini keyfiyyətlə, ətraf mühitə zərər vurmadan və təhlükəsiz şəkildə yekunlaşdırmışdır.

    Quyu yekun təsdiqlənmiş profilə uyğun olaraq qazılmış və sifarişçi SOCAR-ın “Azneft” İstehsalat Birliyinə təhvil verilmişdir.

    Quyunun qazılması zamanı Sağlamlıq Texniki Təhlükəsizlik Ətraf Mühitin Mühafizəsi tələblərinə uyğun işlər aparılmış, heç bir bədbəxt hadisə, zədələnmə və quyuda udulma ya təzahür baş verməmişdir.

    356 saylı quyunun 8 ½” seksiyasının (ikinci lülə) qazılması zamanı qazma alətinin aşağı hissəsində təkmilləşdirmə aparılmış və seksiya tam profilə uyğun olaraq qazılmışdır.

    Nəticədə 7” istismar kəməri uğurla endirilib sementlənmiş və sifarişçiyə yüksək hasilatla təhvil verilmişdir.

    SOCAR AQŞ-nin Baş Direktoru Samir Mollayev demişdir: “Quyunun qazılmasında iştirak edən, yaranan çətinliklərin həllində öz töhvəsini verən, qərarların icrasına məsuliyyətlə yanaşan və əməliyyatların düzgün qaydada yerinə yetirilməsində rolu olan SOCAR-ın “Azneft” İstehsalat Birliyinə və SOCAR AQŞ-nin hər bir əməkdaşına təşəkkür edirik. Biz inanırıq ki, gələcəkdə də quyular planlaşdırılmış qaydada heç bir problem olmadan qazılacaq və əməliyyatlar uğurla icra ediləcəkdir.”  

AZƏRBAYCAN QAZMA SƏNAYESİNDƏ İLK DƏFƏ

Vipstok texnologiyasının tətbiqi

Dayazsulu Günəşli yatağında ilk dəfə olaraq müasir vipstok texnologiyası istifadə edilərək 13 saylı DDSÖ-də qəzanı aradan qaldırmaq məqsədilə rotor üsulu ilə mövcud qazma lüləsindən yan lülə qazılmışdır.

daha ətraflı

Qabaqcıl Texnologiyaların Uğurlu Tətbiqi

SOCAR AQŞ BP Azərbaycan şirkətinin elan etdiyi Sahibkarlığın İnkişafı Mükafatı 2015 müsabiqəsində İLİN ŞİRKƏTİ Mükafatına layiq görülmüşdür.

daha ətraflı