SOCAR AQŞ Neftçilər Gününü qeyd edir

  • 20/09/2021

    Bu gün biz Azərbaycanın Neft və Qaz sənayesi üçün əlamətdar günlərdən biri olan 20 Sentyabr-Neftçilər Gününü qeyd edirik. Ölkəmizin neft sənayesinin qədim tarixini və enerji ölkəsi kimi əhəmiyyətini əks etdirən bu gün Ümummilli Lider Heydər Əliyevin neftçilərimizin əməyinə verdiyi yüksək qiymətin nəticəsidir.

    Neftçi peşəsi Azərbaycanda qədim tarixə malik, ölkəmizin iqtisadi qüdrətinin artırılması istiqamətində böyük töhfə verən, əhalinin maddi rifahının yüksəlməsində müstəsna rol oynayan ali peşələrdən biridir. Azərbaycan neftçiləri ölkəmizin inkişaf etdirilməsi sahəsində çox böyük işlər görüblər və böyük uğurlara imza atmağa davam edirlər.

    Zəngin təcrübəyə malik SOCAR AQŞ-nin peşəkar işçilərinin ölkəmizin aparıcı sektoru olan neft-qaz sektorunda gördükləri işlər olduqca əhəmiyyətlidir. Belə ki, onlar artıq 15 ilə yaxındır ki, milli qazma sənayesinin inkişafında əla nəticələr əldə etmiş, əzmkarlıq nümayiş etdirmiş və hər bir layihənin təhlükəsiz və uğurla həyata keçirilməsini təmin etmişdilər.

    Bu əlamətdar gündə böyük məmnunluq hissi ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin fəxri fərman və döş nişanları ilə təltif edilmiş SOCAR AQŞ, təsisçimiz Nobel Oil, Birgə Müəssisəmiz “Turan Drilling and Engineering” və tərəfdaş şirkətimiz “OGP”-dən olan əməkdaşlarımızı sizə təqdim etmək istəyirik.

    • İsgəndərov Famil Süleyman oğlu (SOCAR AQŞ) - Fəxri Fərman
    • Cəfərov Yaşar Əliş oğlu (SOCAR AQŞ) - “Fəxri Neftçi” döş nişanı
    • Mahmudov Ağababa Hüseynağa oğlu (SOCAR AQŞ) - Fəxri Fərman
    • Şahingöz Mustafa Ali Sayit (Nobel Oil)- Fəxri Fərman
    • Fərzəliyev İmanqulu Bahadır oğlu (Turan Drilling and Engineering) - “Fəxri Neftçi” döş nişanı
    • Eldar Məhərrəmov Sayuz oğlu (OGP) - “Fəxri Neftçi” döş nişanı

    Hər birinizi 20 Sentyabr - Neftçilər Günü münasibətilə ürəkdən təbrik edir, ölkəyə göstərdiyiniz ali xidmətdə uğurlarınızın davamlı olmasını diləyirik.

     

AZƏRBAYCAN QAZMA SƏNAYESİNDƏ İLK DƏFƏ

Kerna nümunələrinin götürülməsi

Günəşli yatağında 11 və 13 saylı DDSÖ-lərdən yeni texnologiyanın tətbiqi ilə kerna nümunələri götürülmüşdür.

daha ətraflı

Vipstok texnologiyasının tətbiqi

Dayazsulu Günəşli yatağında ilk dəfə olaraq müasir vipstok texnologiyası istifadə edilərək 13 saylı DDSÖ-də qəzanı aradan qaldırmaq məqsədilə rotor üsulu ilə mövcud qazma lüləsindən yan lülə qazılmışdır.

daha ətraflı