SOCAR AQŞ “HR Meetup” da iştirak edib.

  • 14/02/2020

    SOCAR AQŞ-nin İnsan Kapitalı komandası “HR Meetup” da iştirak edib.  14 fevral 2020 –ci il tarixində keçirilən “HR Meetup” zamanı insan kapitalının şirkətdəki rolu, bu sahədəki yeniliklər və transformasiya metodları müzakirə edilib.

    SOCAR AQŞ-nin baş direktoru Ramin İsayev, PAŞA Holdinqin Baş direktoru- Cəlal Qasımov, Rabitə Bankın İdarə heyətinin sədri- Elçin Qədimov, GEMZA Qrupun Baş direktoru-Zamin Əliyev spiker qismində iştirak ediblər.

    "Opalus Partners Group" şirkətinin təşkilatçılığı ilə silsilə şəkilində keçirililən  “HR Meetup”, HR nəzəriyyəsinin gerçək dünya ilə görüşdüyü bir platformanın yaradılması yolu ilə HR anlayışları və problemləri ilə bağlı yeni perspektivlər təqdim etmək üçündür. Tədbirin missiyası HR sahəsində bilik mübadiləsini təmin etmək, korporativ qarşılıqlı əlaqəni artırmaq və insan idarəçiliyinin bütün sahələrinə dair aktual mövzularda beyin fırtınasına yardım etməkdir.

    SOCAR AQŞ –nin sponsoru olduğu “HR Meetup” da  Azərbaycanda fəaliyyət göstərən 40 – a qədər şirkətin nümayəndəsi iştirak edib.

AZƏRBAYCAN QAZMA SƏNAYESİNDƏ İLK DƏFƏ

Horizontal quyu

Dayazsulu Günəşli yatağında ilk dəfə olaraq müəssisəmiz tərəfindən horizontal istismar quyusu (350) DDSÖ 13-dən qazılmışdır.

daha ətraflı

Qabaqcıl Texnologiyaların Uğurlu Tətbiqi

SOCAR AQŞ BP Azərbaycan şirkətinin elan etdiyi Sahibkarlığın İnkişafı Mükafatı 2015 müsabiqəsində İLİN ŞİRKƏTİ Mükafatına layiq görülmüşdür.

daha ətraflı