Tələbələr üçün Enerji Hakatonu baş tutub.

  • 09/02/2020

     SOCAR AQŞ və Texas A&M Universitetinin birgə təşəbbüsü ilə Enerji Hakatonu keçirilib.  Dayanıqlı cəmiyyət, qlobal enerji problemlərinin həllinə həsr olunan layihə zamanı tələbələrdən ibarət komandalar  yarışıb.  7-9 fevral tarixlərində Innoland İnkubasiya və Akselerasiya Mərkəzinin dəstəyi ilə keçirilən Enerji Hakatonunda iştirakçı komandalar spesifik enerji problemi ilə bağlı yaradıcı həllər və prototiplər irəli sürüb.   

    İlk mərhələdə ümumilikdə müraciət edən  50 -dən çox komanda arasından seçilmiş 10 komanda yarışıb. Seçilmiş komandalar Azərbaycan-Fransız Universiteti (UFAZ), Azərbaycan Diplomatik Akademiyası (ADA), Bakı Mühəndislik Universiteti, Bakı Ali Neft Məktəbi (BANM), Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC),  Moskva Dövlət Universitetinin Bakı Filialı kimi ali məktəblərin 3 – 4-cü kurs və magistr tələbələrindən ibarət 4 nəfərlik qruplar olub. 10 iştirakçı komanda tərəfindən 48 saat ərzində təklif edilən ideyalar hakimlər kollegiyası tərəfindən qiymətləndirilib.

    Hakimlər Kollegiyasında aşağıdakılar təmsil olunub.

    Ramin İsayev- SOCAR AQS, Baş direktor,

    Məmməd Kərim- Khazar Ventures, təsisçi,

    Amid Quliyev- Baş proqramçı, mühəndis,

    Riad Salayev- McKinsey & Company, konsultant,

    Favad Quraişi – Equinor, ölkə meneceri

    Şəms Mustafayeva- BMT-nin Əlaqələndirmə üzrə müşaviri

    Niall Henderson – BP, vitse prezident

    Azərbaycan-Fransız Universitetinin tələbələrindən ibarət (UFAZ) “Deep divers” komandası – “Duzun qızdırılmasından alınan enerjinin saxlanması”, Bakı Mühəndislik Universitetinin tələbələrindən ibarət “E- zone” komandası “2*2=5 Enerjinin səmərəli saxlanılmasında ağıllı texnologiyaların tətbiqi”,  Moskva Dövlət Universitetinin Bakı Filialının tələbələrindən ibarət “Amirli” komandası isə “Su elektrik stansiyalarının modifikasiyası” layihəsi ilə  yarışmanın qalibləri olublar.  

    Bu mərhələnin qalibi olan üç komanda 14-16 fevral tarixlərində Texas A&M Universitetinin təşkil etdiyi Planet  üçün yarat 2020 (Invent for the Planet 2020) yarışmasının virtual mərhələsində iştirak edəcək.

    Virtual yarışmanın qalibi olacaq bir komanda Planet  üçün yarat 2020 (Invent for the Planet 2020) yarışmasının 30 mart-2 aprel tarixlərində ABŞ-ın Texas ştatında keçiriləcək final mərhələsində ölkəmizi təmsil etmək hüququ qazanacaqdır. Müsabiqədə iştirak ilə bağlı bütün xərclər SOCAR AQŞ tərəfindən qarşılanacaqdır.

    Yarışmanın nəticəsi olaraq innovativ ideyalar daha sonra inkişaf etdirilə, ölkə sərhədlərini aşan beynəlxalq startup layihəsinə çevrilə bilər.

     

AZƏRBAYCAN QAZMA SƏNAYESİNDƏ İLK DƏFƏ

Horizontal quyu

Dayazsulu Günəşli yatağında ilk dəfə olaraq müəssisəmiz tərəfindən horizontal istismar quyusu (350) DDSÖ 13-dən qazılmışdır.

daha ətraflı

Qabaqcıl Texnologiyaların Uğurlu Tətbiqi

SOCAR AQŞ BP Azərbaycan şirkətinin elan etdiyi Sahibkarlığın İnkişafı Mükafatı 2015 müsabiqəsində İLİN ŞİRKƏTİ Mükafatına layiq görülmüşdür.

daha ətraflı