SOCAR AQŞ və “Naftoqaz Ukrainı” səhmdar şirkəti gələcək əməkdaşlıq perspektivlərini müzakirə etmişdir

  • 03/06/2019

    ­­­­­­­­­­­­­­­­­

    Məlumat üçün bildiririk ki, bu günlərdə Ukraynanın “Naftoqaz Ukrainı” səhmdar şirkətinin kommersiya məsələləri üzrə direktoru Serqey Fedorenkonun başçılıq etdiyi nümayəndə heyəti SOCAR AQŞ-də olub.

    Görüşdə Ukrayna nümayəndə heyəti müəssisənin həyata keçirdiyi qazma layihələri, əldə olunmuş nailiyyətlər və işçi personalının təkmilləşdirilməsi istiqamətində aparılan işlərlə yaxından tanış olmuş və müxtəlif təqdimatları izləmişdir.

    Qonaqlar həmçinin, SOCAR AQŞ-nin  bu günlərdə həyata keçirdiyi bir sıra mühüm qazma layihələri, o cümlədən  olduqca mürəkkəb geoloji struktura malik ‘’Ümid-1’’ saylı özüldən SOCAR üzrə rekord dərinliyə- 6810 metrə qazılmış 16 nömrəli quyunun qazılması haqqında ətraflı məlumat əldə etdilər. İlk dəfə olaraq, ‘’Ümid’’ yatağında tətbiq edilmiş müxtəlif texniki həllər ukraynalı mütəxəssislərin böyük marağına səbəb oldu.

    Görüşdə tərəflər hazırkı və gələcək layihələrdə ortaqlıq prinsiplərini daha da əlverişli əsaslarla müəyyənləşdirmək üçün maraqlı fikir mübadiləsi aparmışdır.

    SOCAR AQŞ-də təşkil olunan görüşlər sırasında nümayəndə heyəti SOCAR AQS Drilling School (Qazma Məktəbi) və istehsalat sahələrində də oldular. 

    İlk milli müəssisə olaraq, Xəzəryanı regionda Beynəlxalq Quyuya Nəzarət Forumunun (IWCf) Quyuya Nəzarət Təlim Proqramının 2, 3, 4-cü və Əsaslı Təmir zamanı Təzyiqin Nəzarətdə saxlanılmasıTəlim Proqramının  3-cü və 4-cü Səviyyələri üzrə  akredatsiya olunmuş SOCAR AQŞ Qazma məktəbinin fəaliyyəti və öz unikallığı ilə seçilən müxtəlif peşə təlimi kursları ukraynalı həmkarlarda zəngin təəssürat yaratdı.

    Qazma məktəbində keçirilən görüşdə gələcək əməkdaşlıq imkanları, təcrübə mübadiləsi və İstehsalat təcrübəsi istiqamətində fikir mübadiləsi aparıldı.

    Səmimi qəbula görə müəssisə rəhbərliyinə təşəkkürünü bildirən Serqey Fedorenko iki ölkə arasında  enerji sahəsində əməkdaşlıq üçün xeyli perspektivlərin mövcud olduğunu qeyd edərək SOCAR AQŞ ilə birgə layihələrin icrasında maraqlı olduqlarını vurğuladı.

AZƏRBAYCAN QAZMA SƏNAYESİNDƏ İLK DƏFƏ

Kerna nümunələrinin götürülməsi

Günəşli yatağında 11 və 13 saylı DDSÖ-lərdən yeni texnologiyanın tətbiqi ilə kerna nümunələri götürülmüşdür.

daha ətraflı

Vipstok texnologiyasının tətbiqi

Dayazsulu Günəşli yatağında ilk dəfə olaraq müasir vipstok texnologiyası istifadə edilərək 13 saylı DDSÖ-də qəzanı aradan qaldırmaq məqsədilə rotor üsulu ilə mövcud qazma lüləsindən yan lülə qazılmışdır.

daha ətraflı