SOCAR AQŞ Bakı Ali Neft Məktəbində karyera imkanlarını təqdim edib

  • 12/03/2019

    SOCAR AQŞ martın 12-də Bakı Ali Neft Məktəbində (BANM) təşkil edilmiş BANM və ASAN “Kadr” karyera mərkəzi birgə əməkdaşlığı çərçivəsində keçirilən ikinci “Karyera sərgisi”ndə iştirak edib.

    Şirkət nümayəndələri təhsil ocağının tələbə və məzunlarına SOCAR AQŞ-də mövcud olan karyera imkanları barədə məlumat verib.

    Tədbirdə 80-dən çox yerli və beynəlxalq neft-qaz, telekommunikasiya, bank və iqtisadiyyatın digər sahələrində fəaliyyət göstərən nüfuzlu şirkətlər və dövlət qurumları təmsil olunub. Sərgidə həm BANM, həm də digər universitetlərin 2000-dən çox tələbə və məzunları iştirak edərək şirkətlərin təlim, təcrübə və iş təklifləri ilə tanış olub.

    SOCAR AQŞ nümayəndələri mövcud təkliflərlə maraqlanan və uyğun olan namizədlərin müraciət anketlərini dəyərləndirmək üçün qəbul edib.

    Sərgidə iştirak edən BANM rektoru Elmar Qasımov şirkətin işçilərinə göstərdikləri diqqətə görə təşəkkür edib. O, SOCAR AQŞ-nin tədbirdə seçildiyini və sürətlə inkişaf etməkdə olan müəssisə kimi BANM tələbələrinin diqqətini çəkdiyini qeyd etmişdir.

    SOCAR AQŞ inkişaf etməkdə olan müəssisə kimi yerli universitetlər, elmi-tədqiqat və sənaye assosiasiyaları ilə əməkdaşlıq etməyi, tələbə və məzunların müxtəlif işlərə cəlb olunmasını planlaşdırır.

     

AZƏRBAYCAN QAZMA SƏNAYESİNDƏ İLK DƏFƏ

Kerna nümunələrinin götürülməsi

Günəşli yatağında 11 və 13 saylı DDSÖ-lərdən yeni texnologiyanın tətbiqi ilə kerna nümunələri götürülmüşdür.

daha ətraflı

Vipstok texnologiyasının tətbiqi

Dayazsulu Günəşli yatağında ilk dəfə olaraq müasir vipstok texnologiyası istifadə edilərək 13 saylı DDSÖ-də qəzanı aradan qaldırmaq məqsədilə rotor üsulu ilə mövcud qazma lüləsindən yan lülə qazılmışdır.

daha ətraflı