SOCAR AQŞ IACET PNG-nin «İlin Təlim Şirkəti» mükafatına layiq görülmüşdür

  • 18/10/2018

    Davamlı İnkişaf və Təlim Beynəlxalq Assosiasiyası (IACET PNG) tələbələr üçün təşkil olunan Yay İstehsalat Təcrübəsi Proqramı üzrə SOCAR AQŞ-ni «İlin Təlim şirkəti» kimi qiymətləndirib.

    Məlumat üçün bildirək ki, müvafiq mükafat neft-qaz sənayesində təlim proqramlarının effektiv təşkili üzrə aparılan təhlillərə əsasən şirkətlərə təqdim edilir.

    Son illərdə aparılan müşahidələr göstərir ki, SOCAR AQŞ-də mövcud sənədləşdirilən informasiya həm beynəlxalq standartların tətbiqinə, həm də müəssisə rəhbərliyinin verdiyi rasional qərarlara söykənir.

    Hər il tələbələr üçün təşkil olunan Yay İstehsalat Təcrübəsi müəssisənin sosial korporativ məsuliyyət proqramının bir hissəsi kimi yerli və xarici universitetlərdə bakalavr və magistr dərəcəsi üzrə təhsil alan istedadlı tələbələrə şamil edilir.

    Yay İstehsalat Təcrübəsi proqramı çərçivəsində SOCAR AQŞ ilə ABŞ, Avropa və Asiyanın tanınmış universitetləri arasında ikitərəfli əməkdaşlıq geniş vüsət almaqdadır. Müəssisə  istedadlı gənclərin cəlb olunması istiqamətində dünya səviyyəli İstehsalat Təcrübəsi Proqramı təşkil edir.

    Hər il yüzlərlə gənc tələbə İstehsalat Təcrübə Proqramında iştirak etmək üçün müvafiq qaydada sənədlərini müəssisəyə təqdim edirlər. Seçim prosesində tələbələrin texniki bilikləri, psixoloji təfəkkürü, dil bilikləri, analitik-kiritik düşünmə qabiliyyətləri və komandada işləmək bacarıqları yoxlanılır. Seçim mərhələlərindən uğurla keçən tələbələr 2 ay müddətində təhkim olunduqları biznes bölmələrində təcrübə keçməklə yanaşı müxtəlif təlim və seminarlarda iştirak edirlər.

    Əməliyyatların optimallaşdırılması, layihələrin idarəolunması, risklərin idarəolunması, biznesin inkişafı, iqtisadi planlaşdırma və xərclərə nəzarət kimi təlimlərdə iştirak etmək fürsəti əldə edən tələbələr bilik və bacarıqlarını daha da təkmilləşdirmiş olurlar.

    İstehsalat təcrübəsinin sonunda tələbələrin əldə etdikləri təcrübi biliklər qiymətləndirilir və hamilər tərəfindən xüsusi hesabatlar tərtib edilir. Proqramı uğurla başa vuran tələbələr həmçinin müəssisədə öz ixtisas sahələri, bilik və bacarıqları üzrə iş təklifi almaq imkanını da yüksək dəyərləndirilər.

    Bu və digər layihələr üzrə aparılan işlər gələcəkdə də SOCAR AQŞ-nın korporativ idarəetmə göstəricilərinin daha da yüksəldilməsinə xidmət edəcək.                                

    Qeyd edək ki, SOCAR AQŞ 2018-ci ilin iyun ayında etibarən IACET PNG-nin üzvüdür.

    IACET PNG-nin missiyası akkreditasiya vasitəsi ilə keyfiyyətli təlim və inkişaf üçün standartları təmin etməklə qlobal səviyyədə işçi qüvvələrini inkişaf etdirməkdən ibarətdir.

AZƏRBAYCAN QAZMA SƏNAYESİNDƏ İLK DƏFƏ

Horizontal quyu

Dayazsulu Günəşli yatağında ilk dəfə olaraq müəssisəmiz tərəfindən horizontal istismar quyusu (350) DDSÖ 13-dən qazılmışdır.

daha ətraflı

Vipstok texnologiyasının tətbiqi

Dayazsulu Günəşli yatağında ilk dəfə olaraq müasir vipstok texnologiyası istifadə edilərək 13 saylı DDSÖ-də qəzanı aradan qaldırmaq məqsədilə rotor üsulu ilə mövcud qazma lüləsindən yan lülə qazılmışdır.

daha ətraflı