SOCAR AQŞ Tələbə Təqaüdü Müsabiqəsinin qalibləri elan olundu

  • 10/10/2018

    Bu günlərdə 2018-2019-cu tədris ili üçün SOCAR AQŞ-nin Tələbə Təqaüdü Müsabiqəsinin seçim mərhələsi yekunlaşıb. Müəssisənin yaxından əməkdaşlıq etdiyi Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin və Bakı Ali Neft Məktəbinin (BANM) neft-qaz mühəndisliyi ixtisası üzrə təhsil alan sonuncu kurs tələbələri müsabiqədə fəal iştirak ediblər. Müəssisə rəhbərliyinin təmsil olunduğu münsiflər heyəti ilkin mərhələni uğurla keçmiş 15 namizəd arasından qalibləri seçmişlər.

    Müsabiqənin qalibləri Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Qaz-neft mədən fakültəsinin IV kurs tələbələri Səbinə Bəşirova, Nərminəxanım Bədirxanova və BANM-nin Neft-qaz mühəndisliyi fakültəsinin V kurs tələbələri Gülşən Cabbarzadə və Zərinə Əkbərova olmuşlar.

    Qaliblərlə təşkil olunan görüşdə SOCAR AQŞ –nin Baş direktoru Ramin İsayev çıxış edərək tələbələri əldə etdikləri nailiyyət münasibəti ilə təbrik edib. “Müəssisənin 2018-2019-cu tədris ili üzrə elan etdiyi Tələbə Təqaüdü Müsabiqəsində iştirak edən tələbələrin seçim prosesi əvvəlki illərlə müqayisədə xeyli çətin oldu. Budəfəki iştirakçılar çox yüksək bilik göstəriciləri nümayiş etdirdilər. Qaliblər aldıqları aylıq təqaüddən başqa, həmçinin gələcəkdə SOCAR AQŞ-də karyera qurmaq imkanlarından yararlana biləcəklər”.

    Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin prorektoru Qasım Məmmədov builki Tələbə Təqaüdü müsabiqəsində universitetin 2 tələbəsinin qalib elan edilməsinin qürurverici olduğunu bildirmiş və demişdir: “SOCAR AQŞ ilə əməkdaşlıqdan məmnunluğumuzu ifadə edərək tələbə və məzunlarımızın vaxtaşırı olaraq müəssisənin elan etdiyi layihə və müsabiqələrdə iştirakını alqışlayırıq. Davamlı inkişaf tempinə məxsus müəssisədə istehsalat təcrübəsi keçmək, Tələbə Müsabiqəsinin qalibi olmaq və karyera qurmaq hər bir tələbənin arzusudur.” 

    Qeyd edək ki, SOCAR AQŞ milli qazma müəssisəsi olaraq neft kapitalının insan kapitalına çevrilməsi istiqamətində mövcud imkanların artırılmasına yönəlmiş təşəbbüs və proqramları dəstəkləyir.

    SOCAR AQŞ-nin səhmdarları SOCAR və Nobel Oil Services şirkətləridir.

AZƏRBAYCAN QAZMA SƏNAYESİNDƏ İLK DƏFƏ

Horizontal quyu

Dayazsulu Günəşli yatağında ilk dəfə olaraq müəssisəmiz tərəfindən horizontal istismar quyusu (350) DDSÖ 13-dən qazılmışdır.

daha ətraflı

Vipstok texnologiyasının tətbiqi

Dayazsulu Günəşli yatağında ilk dəfə olaraq müasir vipstok texnologiyası istifadə edilərək 13 saylı DDSÖ-də qəzanı aradan qaldırmaq məqsədilə rotor üsulu ilə mövcud qazma lüləsindən yan lülə qazılmışdır.

daha ətraflı