SOCAR AQŞ-də Başqırdstan Respublikasının aparıcı neft-qaz şirkətləri ilə görüş keçirilmişdir

  • 01/06/2018

    Məlumat üçün bildiririk ki, 31 may 2018-ci il tarixində SOCAR AQŞ rəhbərliyi İldus Xalitovun başçılıq etdiyi Başqırdstan işgüzar nümayəndə heyətini qəbul edib. Müəssisənin Baş Inzibati ofisində keçirilən görüşdə SOCAR AQŞ və Başqırdstan Respublikasının aparıcı neft-qaz şrkətləri arasında gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.

    Qonaqları səmimi salamlayan Baş direktorun müşaviri Tofiq Məhəmmədov Başqırdstan nümayəndə heyətinin Bakıda keçirilən 25-ci Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi çərçivəsində  SOCAR AQŞ-yə səfər etməsindən məmnun olduğunu söyləmiş, qeyd etmişdir ki, müəssisə rəhbərliyi qardaş respublikanın müvafiq şirkətləri ilə bütün sahələrdə ikitərəfli münasibətlərin inkişafı ilə bağlı mövcud imkanlardan tam istifadə olunmasında maraqlıdır.

    Qonaqlar əvvəlcə SOCAR AQŞ-nin yaranma tarixini, xidmət sahələrini, nailiyyətlərini və yeni layihələrini özündə ehtiva edən təqdimatla tanış olmuş, daha sonra isə müəssisənin «Bulla» yatağındakı 6 saylı dəniz stasionar özülünün açılışı mərasimi ilə bağlı hazırladığı video çarxı izləmişlər.

    Nümayəndə heyətinin rəhbəri İldus Xalitov səmimi qəbula görə müəssisə rəhbərliyinə dərin təşəkkürünü ifadə edərək SOCAR AQŞ-nin həm yerli həm də regional səviyyədə formalaşan yenilikçi imicini təqdir etmiş və yaxın gələcəkdə ikitərəfli əlaqələrin geniş vüsət alması üçün səylərin artırılmasının vacibliyini vurğulamışdır.

    Daha sonra Başqırdstan Respublikasının işgüzar çevrəsinin təmsilçiləri «Нефтесервис», «Горизонт», «ГеоТехсервис», «Мехатрон Инжиниринг», «ВНИИГИС» şirkət və birgə müəssisələrinin təqdimatları keçirildi. Başqırdstanlı təmsilçilər quyu tikintisi, hasilat, yeni texnologiyalar, texniki xidmət və proqram təminatı üzrə həyata keçirdikləri layihələr üzrə ətraflı məlumat verərək mövcud perspektivlər barəsində geniş fikir mübadiləsi apardılar.

    Sonda Baş direktorun müşaviri Tofiq Məhəmmədov SOCAR AQŞ-nin yerli və regional əhəmiyyətli layihələrdə öncül rol oynadığını xatırladaraq, bu layihələr çərçivəsində qazanılan təcrübə və nailiyyətlərin Başqırdstan şirkətləri ilə əməkdaşlığın inkişafında faydalı olacağını və gələcək layihələr üçün etibarlı zəmin yaradacağını söyləmişdir. O, qeyd etmişdir ki, Başqırdstanlı tərəfdaşlarla əməkdaşlığın daha da dərinləşdirilməsi, birgə neft-qaz layihələrinin həyata keçirilməsi üçün böyük perspektivlər vardır və iki şirkətin ekspertləri bu perspektivləri səylə araşdırmalıdır.

    Başqırdstan nümayəndə heyətinin rəhbəri İldus Xalitov bu gün keçirilən görüşün əməkdaşlığın dərinləşdirilməsində mühüm irəliləyiş olacağını bildirmiş, gələcək birgə layihələrin Azərbaycan və Başqırdstan xalqlarının rifahına xidmət edəcəyini vurğulamışdır.

    Görüşün sonunda xatirə şəkli çəkdirilmişdir.

AZƏRBAYCAN QAZMA SƏNAYESİNDƏ İLK DƏFƏ

Vipstok texnologiyasının tətbiqi

Dayazsulu Günəşli yatağında ilk dəfə olaraq müasir vipstok texnologiyası istifadə edilərək 13 saylı DDSÖ-də qəzanı aradan qaldırmaq məqsədilə rotor üsulu ilə mövcud qazma lüləsindən yan lülə qazılmışdır.

daha ətraflı

Qabaqcıl Texnologiyaların Uğurlu Tətbiqi

SOCAR-AQŞ BP Azərbaycan şirkətinin elan etdiyi Sahibkarlığın İnkişafı Mükafatı 2015 müsabiqəsində İLİN ŞİRKƏTİ Mükafatına layiq görülmüşdür.

daha ətraflı