Meksika Neft İnstitutunun Baş direktoru SOCAR AQŞ-də olmuşdur

  • 01/06/2018

    Məlumat üçün bildiririk ki, 25-ci Beynəlxalq Xəzər Neft və Qaz sərgi və konfransı çərçivəsində Bakıda rəsmi səfərdə olan Meksika Neft İnstitutunun Baş direktoru Ernesto Rios Patronun başçılıq etdiyi nümayəndə heyəti 01 iyun 2018-ci il tarixində SOCAR AQŞ-də olmuşdur.

    SOCAR AQŞ-də keçirilən görüşdə Baş direktor Ernesto Rios Patron müəssisənin həyata keçirdiyi qazma layihələri, əldə olunmuş nailiyyətlər və işçi personalının təkmilləşdirilməsi istiqamətində aparılan işlərlə yaxından tanış olmuş və müxtəlif təqdimatları izləmişdir.

    Səmimi qəbula görə müəssisə rəhbərliyinə təşəkkürünü bildirən Ernesto Rios Patron iki ölkə arasında  enerji sahəsində əməkdaşlıq üçün xeyli perspektivlərin  mövcud olduğunu qeyd etmişdir. Azərbaycan neftçilərinin zəngin təcrübəsinin digər regionların neftçiləri üçün ən yaxşı məktəblərdən biri olduğunu qeyd edən nümayəndə heyətinin rəhbəri SOCAR AQŞ ilə birgə layihələrin icrasında maraqlı olduqlarını vurğuladı.

    Görüşdə həmçinin hər iki qurumun təlim mərkəzlərinin fəaliyyətində əməkdaşlıq imkanları, təcrübə mübadiləsi və İstehsalat təcrübəsi istiqamətində fikir mübadiləsi aparıldı.

    Meksika Neft İnstitutunun Baş direktoru Ernesto Rios Patron 25-ci Beynəlxalq Xəzər Neft və Qaz sərgi və konfransı çərçivəsində Azərbaycanda səfərdə olduğu müddətdə sənaye müəssisələrinin inkişafı və ümumilikdə respublikada aparılan islahatlardan məmnunluğunu ifadə edərək ilk səfər təəssüratının zəngin olduğunu vurğuladı.

    Qeyd edək ki, Meksika Neft İnstitutu neft sənayesi ilə bağlı fəaliyyət göstərən tədqiqat mərkəzi kimi 1965-ci ildən etibarən fəaliyyət göstərir. İnstitutun əsas fəaliyyət sahələrinə texnoloji tədqiqat və inkişaf, mühəndislik və texniki xidmət, tədris və təlimlərin keçirilməsi aiddir.

AZƏRBAYCAN QAZMA SƏNAYESİNDƏ İLK DƏFƏ

Horizontal quyu

Dayazsulu Günəşli yatağında ilk dəfə olaraq müəssisəmiz tərəfindən horizontal istismar quyusu (350) DDSÖ 13-dən qazılmışdır.

daha ətraflı

Kerna nümunələrinin götürülməsi

Günəşli yatağında 11 və 13 saylı DDSÖ-lərdən yeni texnologiyanın tətbiqi ilə kerna nümunələri götürülmüşdür.

daha ətraflı