SOCAR-AQŞ 20 sentyabr – Neftçilərin Peşə Bayramını qeyd etdi

  • 21/09/2017

    20 sentyabr - Azərbaycan neftçilərinin peşə bayramı münasibətilə SOCAR-AQŞ silsilə tədbirlər həyata keçirmişdir. Əvvəlcə SOCAR-AQŞ-nin əməkdaşları müəssisədə istehsalat təcrübəsi keçən tələbələrlə birgə Fəxri Xiyabanı ziyarət etmiş, ümummilli lider Heydər Əliyevin məzarı önünə gül dəstələri qoymuş və onun əziz xatirəsini ehtiramla yad etmişlər.

    Daha sonra müəssisənin Baş Inzibati binasında müəssisədə 2 ay yay istehsalat təcrübəsi keçmiş tələbələrin Yekun Təqdimat mərasimi keçirilmişdir. Tələbələr müəssisədə təhkim oldunqları struktur bölmələri üzrə maraqlı təqdimatla çıxış etmişlər.

    Tələbələrin təqdimat bacarıqlarını yüksək qiymətləndirən müəssisənin Baş direktoru Ramin İsayev təcrübəçilərə yeni tədris ilində müvəffəqiyyətlər arzuladı.

    "İlbəil tələbələr öz bilik və bacarıqları ilə bizi təəccübləndirirlər. Onların zəngin dünya görüşləri, akademik göstəriciləri və təşəbbüskar olmaları bizi çox sevindirir. İstehsalat Təcrübəsi proqramı bizə imkan verir ki, istedadları vaxtında aşkar edək və kadr potensialımızı belə gənclərlə daha da zənginləşdirək". 

    Müəssisənin digər məsul əməkdaşları da yekun təqdimat mərasimində çıxış edərək tələbələrə uğurlar arzuladılar.

    Daha sonra SOCAR-AQŞ-nin yaxından əməkdaşlıq etdiyi sifarişçi və xidmət şirkətlərinin, ali təhsil müəssisələrinin rəhbərlərinin iştirak ilə davam edən tədbirdə müəssisənin fəaliyyətinə dair maraqlı video-çarx nümayiş etdirildi.

    Tədbirdə çıxış edən müəssisənin Baş direktoru Ramin İsayev peşə bayramı münasibətilə kollektivi təbrik etdi.

    R. İsayev bildirdi ki, 20 sentyabr 1994-cü il tarixində "Əsrin müqaviləsi"-nin imzalanması məhz Heydər Əliyevin qətiyyəti sayəsində baş tutub və bu müqavilə hələ də Azərbaycan iqtisadiyyatının inkişafı üçün böyük əhəmiyyət kəsb etməkdədir. "Sevindirici haldır ki, 14 sentyabr tarixində "Azəri", "Çıraq" yataqlarının və "Günəşli" yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında yeni müqavilənin imzalanması çox əlamətdar gün kimi tarixə düşəcək. Bu sənəd Azərbaycanın, o cümlədən Azərbaycanda fəaliyyət göstərən neft sənayesi şirkətlərinin gələcək inkişafı üçün yeni imkanlar vəd edir. 

    SOCAR-AQŞ kollektivi də milli qazma sənayesinə verdiyi töhfələrlə qürur duyur və respublika əhəmiyyətli layihələrin yüksək keyfiyyətlə icra edilməsi üçün əzmlə çalışır".

    Ölkə rəhbərliyi tərəfindən 19 sentyabr 2017-ci tarixində imzalanmış neft-qaz sənayesi sahəsində çalışan işçilərin təltif olunması sərəncamına əsasən SOCAR-AQŞ rəhbərliyinə və digər məsul əməkdaşlara göstərilən etimada görə Baş direktor kollektiv adından cənab prezident İlham Əliyevə öz dərin təşəkkürünü bildirdi. Belə ki, müvafiq sərəncama əsasən müəssisənin Baş direktoru R. İsayev və ÜMİD-1 DDSÖ-də çalışan Baş qazma ustası Ələddin Əliyev  "Tərəqqi medal"ları ilə təltif olunmuş, Baş direktorun müşaviri Əli İsmayılov isə prezidentin fərdi təqaüdünə layiq görülmüşdür.

    Bununla yanaşı müəssisənin ÜMİD-1 DDSÖ-də çalışan Baş qazma ustası Çingiz Axundov respublikanın neft-qaz sənayesinnin inkişafına verdiyi xüsusi töhfələrinə görə SOCAR rəhbərliyinin müvafiq fərmanı ilə Fəxri Fərmana layiq görülmüşdür. Müəssisə rəhbərlyi əməkdaşlarına verilən qiymət və göstərilən qayğıya görə SOCAR-AQŞ kollektivi adından SOCAR-ın prezidenti cənab Rövnəq Abdullayevə minnətdarlığını bildirdi.

    Baş direktorun çıxışından sonra müəssisənin inkişafına verdikləri töhfələrə görə bir qrup əməkdaşa plaket və xatirə hədiyyələri təqdim olundu.

    Tədbirin gündəliyindəki növbəti tədbir müəsssisədə uğurla yay istehsalat təcrübəsi keçmiş 12 tələbəyə müvafiq sertifikatların təqdim edilməsi oldu.

    Daha sonra 2017-2018-ci tədris ili üçün müəssisənin Tələbə Təqaüdü Müsabiqəsinin qalibləri elan olundu.

    Müəssisə rəhbərliyi Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin neft-qaz mühəndisliyi fakultəsinin 4-cü kurs tələbəsi Rasim Həsənzadəni və Bakı Ali Neft Məktəbinin 5-ci kurs tələbəsi Arif Sadıqlını müsabiqənin qalibləri elan edərək tələbələri təbrik etdilər.

    Sonra SOCAR-AQŞ-nin əsas sifarişçi şirkətlərindən biri olan SOCAR-ÜMİD MMC-nin Baş direktoru Əli Qurbanov çıxış edərək bütün neftçiləri peşə bayramı münasibətilə təbrik etdi.  

    "SOCAR-AQŞ ilə birgə səylərimizi birləşdirərək Ümid-1 DDSÖ-dən 14 saylı quyunu yüksək keyfiyyətlə qazaraq hasilat fonduna qəbul etdik. Bu nəticə respublikamız üçün çox önəmli idi və biz bu sınaqdan uğurla çıxdıq. Əminəm ki, əməkdaşlığımız bundan sonra da yüksələn xətlə davam edəcək".

    Daha sonra çıxış edən Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov da öz növbəsində SOCAR-AQŞ kollektivini peşə bayramı münasibətilə təbrik edərək müəssisənin beynəlxalq qazma layihələrində də uğur qazanacağına əminliyini ifadə etdi.

    Müəssisədə tələbələr üçün yaradılan istehsalat təcrübəsi və Tələbə Təqaüdü müsabiqəsi üçün Baş direktora təşəkkürünü bildirən rektor ikitərəfli əməkdaşlıqdan məmnunluğunu ifadə edərək əlaqələrin getdikcə daha geniş vüsət alacağına əminliyini bildirdi.

    Sonda tədbir iştirakçılarının şərəfinə ziyafət təşkil olundu.

AZƏRBAYCAN QAZMA SƏNAYESİNDƏ İLK DƏFƏ

Vipstok texnologiyasının tətbiqi

Dayazsulu Günəşli yatağında ilk dəfə olaraq müasir vipstok texnologiyası istifadə edilərək 13 saylı DDSÖ-də qəzanı aradan qaldırmaq məqsədilə rotor üsulu ilə mövcud qazma lüləsindən yan lülə qazılmışdır.

daha ətraflı

Qabaqcıl Texnologiyaların Uğurlu Tətbiqi

SOCAR-AQŞ BP Azərbaycan şirkətinin elan etdiyi Sahibkarlığın İnkişafı Mükafatı 2015 müsabiqəsində İLİN ŞİRKƏTİ Mükafatına layiq görülmüşdür.

daha ətraflı