SOCAR-AQŞ MMC-nin rəhbər şəxsləri Peşə bayramında təltif olundu

  • 19/09/2017

    20 sentyabr - Neftçilərin Peşə bayramı ilə əlaqədar olaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 19 sentyabr 2017-ci il tarixində Azərbaycan Respublikasında neft sənayesi sahəsində uzunmüddətli səmərəli fəaliyyətlərinə görə bir qrup şəxsləri təltif etməklə bağlı sərəncam imzalamışdır.

    Prezidentin müvafiq sərəncamına əsasən SOCAR-AQŞ-nin Baş direktoru Ramin İsayev və "Ümid-1" saylı özüldə çalışan Baş qazma ustası Ələddin Əliyev "Tərəqqi" medalları ilə təltif olunmuş, Baş direktorun müşaviri Əli İsmayılov isə Prezidentin Fərdi Təqaüdünə layiq görülmüşdür.

    Bununla yanaşı müəssisənin "Ümid-1" DDSÖ-də çalışan Baş qazma ustası Çingiz Axundov respublikanın neft-qaz sənayesinnin inkişafına verdiyi xüsusi töhfələrinə görə SOCAR-ın Prezidenti cənab Rövnəq Abdullayevin müvafiq fərmanı ilə Fəxri Fərmana layiq görülmüşdür. 

    Əminik ki, müəssisə rəhbərliyinin əzmkarlığı və komanda işinin effektiv təşkili SOCAR-AQŞ–nin yerli və beynəlxalq sferada fəaliyyətinin genişlənməsində və brendimizin nüfuzlu şirkətlər arasında layiqli yer tutmasında yeni töhfələr verəcək!


    http://president.az/articles/25262
    http://president.az/articles/25263

AZƏRBAYCAN QAZMA SƏNAYESİNDƏ İLK DƏFƏ

Kerna nümunələrinin götürülməsi

Günəşli yatağında 11 və 13 saylı DDSÖ-lərdən yeni texnologiyanın tətbiqi ilə kerna nümunələri götürülmüşdür.

daha ətraflı

Qabaqcıl Texnologiyaların Uğurlu Tətbiqi

SOCAR AQŞ BP Azərbaycan şirkətinin elan etdiyi Sahibkarlığın İnkişafı Mükafatı 2015 müsabiqəsində İLİN ŞİRKƏTİ Mükafatına layiq görülmüşdür.

daha ətraflı