SOCAR-AQŞ Abu Dabidə keçirilən beynəlxalq neft-qaz sərgisində iştirak etmişdir

  • 10/11/2016

    Məlumat üçün bildiririk ki, 7-9 noyabr 2016-cı il tarixində Birləşmiş Ərəb Əmirliklərinin Abu Dabi şəhərində Beynəlxalq Neft-Qaz Sərgi və Konfransı keçirilmişdir.

    2000-ə yaxın müəssisənin öz texnologiya və avadanlıqlarını nümayiş etdirdiyi və xidmətlərini təqdim etdiyi sərgidə yerli və beynəlxalq neft-qaz şirkətlərindən minlərlə peşəkar mütəxəssislər iştirak edirdilər.

    SOCAR-AQŞ ilk dəfə olaraq bu beynəlxalq tədbirdə öz sərgi stendini nümayiş etdirmiş, müəssisənin fəaliyyət istiqamətlərinə dair maraqlı təqdimatlarla geniş auditoriyanın diqqətini cəlb edə bilmişdir.

    SOCAR-AQŞ-nın ölkədaxili və beynəlxalq layihələrdə iştirakı, rolu, imkanları, son dövrlərdə əldə olunan nailiyyətləri, perspektiv planları barədə məlumatlar, korporativ jurnal və  bukletlər iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

    Müəssisənin Ümid və Bulla kimi yüksək təzyiqli və yüksək temperaturlu yataqlarda qazma işlərini aparmaq təcrübəsi sərgi iştirakçılarında böyük təəssürat yaratdı. 

    Öz fəaliyyət çoğrafiyasını genişləndirməklə Azərbaycan qazmaçılarının tarixi şöhrətini bərpa etməyi öz missiyası kimi qəbul edən SOCAR-AQS  Qərbi Asiyada quruda və dənizdə qazma layihələrində iştirak etmək və əldə etdiyi uğurları yeni tərəfdaşlarla  bölüşmək niyyətindədir.

    Qazma, satınalmalar və texniki xidmət sahələrində tanınmış NOV, ADNOC, ALMANSOORI, Saudi Aramco, Force Technology, Viking Life və s.  şirkətlər ilə görüşlərdə ikitərəfli əməkdaşlıq məsələlərinə toxunulmuş, Qərbi Asiyada həyata keçirilən layihələrdə müəssisənin iştirak imkanları _haqqında ətraflı müzakirələr aparılmışdır.

    Üç gün davam edən beynəlxalq sərgidə mütəxəssislərimiz dünyanın qabaqcıl neft sənayesi şirkətləri və təchizat müəssisələri ilə biznes münasibətləri yaratmış və gələcək işgüzar əlaqələrin əsasını qoymuşlar.

    SOCAR-AQŞ-nın Baş direktoru Ramin İsayev və müəssisə rəhbərliyinin nümayəndələri sərgidə iştirak ediblər.

AZƏRBAYCAN QAZMA SƏNAYESİNDƏ İLK DƏFƏ

Horizontal quyu

Dayazsulu Günəşli yatağında ilk dəfə olaraq müəssisəmiz tərəfindən horizontal istismar quyusu (350) DDSÖ 13-dən qazılmışdır.

daha ətraflı

Qabaqcıl Texnologiyaların Uğurlu Tətbiqi

SOCAR AQŞ BP Azərbaycan şirkətinin elan etdiyi Sahibkarlığın İnkişafı Mükafatı 2015 müsabiqəsində İLİN ŞİRKƏTİ Mükafatına layiq görülmüşdür.

daha ətraflı