2016-2017-ci tədris ili üzrə SOCAR AQŞ Tələbə Təqaüdü Müsabiqəsinin qalibləri elan olundu

  • 23/09/2016

    Məlumat üçün bildiririk ki, SOCAR AQŞ neft-qaz mühəndisliyi ixtisası üzrə təhsil alan Bakı Ali Neft Məktəbinin və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin sonuncu kurs tələbələri İbrahim Məmmədova və Yasin Musayevə müəssisənin 2016-2017-ci tədris ili üçün nəzərdə tutulan Tələbə Təqaüdünün verilməsi qərarını açıqlayıb. Təhsildə yüksək nailiyyət əldə edən və nümunəvi davranış göstərən hər iki tələbə müəssisə tərəfindən təşkil olunmuş müsabiqəni uğurla keçərək qalib olublar.

    Tədbirdə Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru, professor Mustafa Babanlı və ali təhsil müəssisələrinin pedaqoji-müəllim heyəti iştirak etdilər.

    Tədbirdə çıxış edən Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov bildirdi ki, SOCAR AQŞ yarandığı gündən gənc kadrların hazırlanması məsələsinə xüsusi həssaslıqla yanaşır.

    " Gələcəyin qazma mühəndisləri üçün Tələbə Təqaüdünün təsis edilməsi hər bir yerli sənaye müəssisəsi üçün örnək olmalıdır. Hər iki tələbə respublikamızın bölgələrində boya-başa çatmış gənclərdir. Onlar təhsildə əldə etdikləri nailiyyətlərə və yüksək akademik göstəricilərə görə digər tələbələri üstəliyərək müsabiqənin qalibi olubar. Onlara bu uğuru qazandıran yalnız və yalnız bilikdir. Bilik, zəhmət və öz üzərində davamlı olaraq çalışmaq istənilən zəfəri əlçatan edir’’.

    Daha sonra Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tədris işləri üzrə prorektoru Qasım Məmmədov çıxış edərək bildirdi ki, neft-qaz mühəndisliyi sahəsi üzrə  təqaüdün təsis edilməsi tələbələr arasında rəqabət mühiti yaratmaq, onların tədris prosesində fəallığını artırmaq və təhsilə marağını stimullaşdırmaq istiqamətində tətbiq edilən uğurlu layihələrdən biridir.

    ‘’SOCAR AQŞ ilə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti arasında əlaqələrin bugünkü mənzərəsi bizi qane eməklə yanaşı çox sevindirir. Tələbəmiz Yasin Musayevin qələbəsi həm də fədakar müəllimlərimizin uğurudur’’.

    Tədbirin sonunda çıxış edən müəssisənin Baş direktoru Ramin İsayev bildirdi ki, milli qazma sənayesində yeni texnika və texnologiyaların uğurlu tətbiqi ilə bir sıra yeniliklərə imza atan SOCAR AQŞ gənc kadrların yetişdirilməsi üçün öz səylərini ilbəil gücləndirir. ‘’Sənaye müəssisələri ali təhsil məktəbləri və elmi araşdırma mərkəzləri ilə yaxından əməkdaşlıq etməyə həvəslə yanaşmalıdırlar. Ümidvaram ki, müəssisəmizin təqaüdünə layiq görülən bu tələbələr gələcəkdə Azərbaycanın qazma sənayesinə töhfələr verə bilən peşəkar qazma mühəndisləri olacaqlar’’.

AZƏRBAYCAN QAZMA SƏNAYESİNDƏ İLK DƏFƏ

Vipstok texnologiyasının tətbiqi

Dayazsulu Günəşli yatağında ilk dəfə olaraq müasir vipstok texnologiyası istifadə edilərək 13 saylı DDSÖ-də qəzanı aradan qaldırmaq məqsədilə rotor üsulu ilə mövcud qazma lüləsindən yan lülə qazılmışdır.

daha ətraflı

Qabaqcıl Texnologiyaların Uğurlu Tətbiqi

SOCAR AQŞ BP Azərbaycan şirkətinin elan etdiyi Sahibkarlığın İnkişafı Mükafatı 2015 müsabiqəsində İLİN ŞİRKƏTİ Mükafatına layiq görülmüşdür.

daha ətraflı