SOCAR AQŞ Caspian European Club və Caspian Energy İnternational Media Group-un təsis etdiyi İlin Qazma Şirkəti nominasiyası üzrə mükafata layiq görülüb

  • 09/06/2016

    Məlumat üçün bildirmək istərdik ki, 8 iyun 2016-cı il tarixində Jumeirah Hotel Bilgah Beach otelində "Caspian Energy Award - 2016" və "Caspian Business Award - 2016" 13-cü Beynəlxalq Mükafatının təqdimetmə mərasimi keçirilmişdir.

    Mərasimdə bir sıra yerli dövlət və özəl sektor təmsilçiləri ilə yanaşı respublikamızda fəaliyyət göstərən diplomatik və beynəlxalq missiyaların rəhbərləri də iştirak edirdilər.

    Qeyd edək ki “Caspian Energy Award” və “Caspian Business Award” beynəlxalq mükafatları dünyanın 50 ölkəsində keçirilən internet sorğusunun nəticələrinə əsasən, Xəzər Qara dəniz və Baltik regionlarında iqtisadiyyatının inkişafına verilən töhfələrə görə siyasi xadimlər, dövlət məmurları, diplomatik nümayəndələrə, dövlət və özəl şirkətlərin rəhbərlərinə təqdim olunur.

    Sevindirici haldır ki, SOCAR AQŞ bu il "Caspian Business Award - 2016" mükafatına layiq görülərək İlin Qazma şirkəti elan edilmişdir.

    Mükafatı qəbul edən SOCAR AQŞ-nin Baş direktorun müavini, Baş geoloq İftixar Qasımov bildirdi ki, Caspian European Club və Caspian Energy İnternational Media Group-un təsis etdiyi beynəlxalq mükafat yerli müəssisələrin inkişafında böyük rol oynayır. ‘’Bu mükafat bizim üçün önəmlidir və əldə edilmiş uğurlar bizi yeni nailiyyətlər əldə etməyə ruhlandırır’’.

    Qeyd edək ki, SOCAR AQŞ ardıcıl olaraq 2011, 2012 və 2013-cü illərdə də Caspian European Club-un təsis etdiyi İlin qazma şirkəti mükafatına layiq görülmüşdür.

AZƏRBAYCAN QAZMA SƏNAYESİNDƏ İLK DƏFƏ

Kerna nümunələrinin götürülməsi

Günəşli yatağında 11 və 13 saylı DDSÖ-lərdən yeni texnologiyanın tətbiqi ilə kerna nümunələri götürülmüşdür.

daha ətraflı

Vipstok texnologiyasının tətbiqi

Dayazsulu Günəşli yatağında ilk dəfə olaraq müasir vipstok texnologiyası istifadə edilərək 13 saylı DDSÖ-də qəzanı aradan qaldırmaq məqsədilə rotor üsulu ilə mövcud qazma lüləsindən yan lülə qazılmışdır.

daha ətraflı