SOCAR AQŞ Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ilə əlaqələrini genişləndirir

  • 09/06/2016

    Məlumat üçün bildiririk ki, 9 iyun 2016-cı il tarixində SOCAR AQŞ-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru, texnika elmləri doktoru, professor Mustafa Babanlının başçılıq etdiyi müəllim-tələbə heyəti ilə görüş keçirilmişdir.

    Görüş müəssisənin Tələbələr üçün elan etdiyi Təcrübə proqramı çərçivəsində təşkil edilmişdir. Görüş zamanı SOCAR-AQŞ-nin Baş direktoru Ramin İsayev qonaqları müəssisədə görməyindən məmnunluğunu ifadə edərək nümayəndə heyətinə müəssisənin dəyərləri və missiyası, eləcə də fəaliyyət sahələri barəsində danışıb. Müəssisənin Əməliyyatlar, Texniki xidmət, STTƏMM və Təlim və Təkmilləşdirmə şöbələrinin məsul əməkdaşları müəssisənin fəaliyyət sahələrinə dair maraqlı təqdimatlarla çıxış etmiş və qonaqların suallarını cavablandırmışlar.

    Görüşdə həmçinin, yeni istismara verilmiş Bulla-6 DDSÖ-də müəssisənin həyata keçirdiyi qazma işləri və tətbiq etdiyi yeni texnika və texnologiyaları özündə əks etdirən video çarx nümayiş olundu.

    Professor M. Babanlı səmimi qəbula görə Baş direktora minnətdarlığını bildirərək ölkənin aparıcı qazma müəssisələrindən biri olan SOCAR AQŞ ilə əməkdaşlıqda olduqca maraqlı olduqlarını və bu sahədə çoxsaylı perspektivlərin olduğunu qeyd edib. O, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində aparılan islahatlardan, kadr hazırlığından geniş danışaraq sənaye müəssisələri ilə konstruktiv əməkdaşlığın əhəmiyyətini önə çəkib.
    Müəssisənin Baş direktoru R. İsayev səsləndirilən təkliflərə münasibət bildirərək elm, təhsil və istehsalatın vəhdətindən irəli gələn təşəbbüsləri daim diqqət mərkəzində saxlayacaqlarını bildirib.

    Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran məsələlər və ikitərəfli əməkdaşlığın daha geniş inkişaf perspektivləri barədə geniş müzakirələr aparılıb.

    Qeyd edək ki, SOCAR AQŞ 2013-cü ildən etibarən neft-qaz mühəndisliyi sahəsində təhsil alan tələbələr üçün Təcrübə Proqramı elan edir və müəssisə rəhbərliyi proqrama xüsusi diqqətlə yanaşaraq tələbələrin yay tətilinin mənalı təşkili, səmərəli istehsalat təcrübəsi keçməsi və gənc kadrların yetişdirilməsi üçün lazımi şəraiti yaradır.

AZƏRBAYCAN QAZMA SƏNAYESİNDƏ İLK DƏFƏ

Horizontal quyu

Dayazsulu Günəşli yatağında ilk dəfə olaraq müəssisəmiz tərəfindən horizontal istismar quyusu (350) DDSÖ 13-dən qazılmışdır.

daha ətraflı

Vipstok texnologiyasının tətbiqi

Dayazsulu Günəşli yatağında ilk dəfə olaraq müasir vipstok texnologiyası istifadə edilərək 13 saylı DDSÖ-də qəzanı aradan qaldırmaq məqsədilə rotor üsulu ilə mövcud qazma lüləsindən yan lülə qazılmışdır.

daha ətraflı