SOCAR AQŞ ADA Universiteti ilə əlaqələri genişləndirir

  • 14/06/2016

    Məlumat üçün bildiririk ki, 14 iyun 2016-cı il tarixində SOCAR AQŞ-də ADA Universitetinin Biznesin İdarəedilməsi, Kompüter mühəndisliyi və Beynəlxalq əlaqələr fakültələrinin bakalavr pilləsində təhsil alan 3-cü və 4-cü kurs tələbələri ilə görüş keçirilmişdir. Görüş zamanı SOCAR AQŞ-nin Baş direktoru Ramin İsayev tələbələri salamlayıb və onları müəssisədə görməyindən məmnunluğunu ifadə edib. Baş direktor, SOCAR AQŞ-nin tələbələr üçün elan etdiyi Təcrübə Proqramını onların bilik və bacarıqlarının təkmilləşdirilməsi üçün əlverişli fürsət adlandırıb. Gələcəyin gənclərə məxsus olduğunu qeyd edən R. İsayev müasir tələblərə cavab verən məzunların hazırlanması üçün sənaye müəssisələri ilə təhsil mərkəzləri arasında sıx əməkdaşlığın zəruriliyini önə çəkib.

    Daha sonra müəssisənin Biznesin İnkişafı, İqtisadi Planlaşdırma və Təlim və Təkmilləşdirmə şöbələrinin məsul əməkdaşları müəssisənin faəliyyət sahələrinə dair maraqlı təqdimatlarla çıxış etmiş və tələbələrin suallarını cavablandırmışlar.
    Görüşdə müəssisənin yaranma tarixi, dəyərlər sistemi, fəaliyyət istiqamətləri, illər üzrə ümumi statistik göstəriciləri və sosial korporativ məsuliyət layihələrini özündə əks etdirən maraqlı video çarx nümayiş olundu.

    ADA Universitetinin Karyera mərkəzinin direktoru Gülnur İsmayıl səmimi qəbula görə Baş direktora minnətdarlığını bildirib. Azərbaycanın aparıcı qazma müəssisələrindən biri olan SOCAR AQŞ ilə əməkdaşlıqda olduqca maraqlı olduqlarını ifadə edən mərkəzin direktoru bu sahədə çoxsaylı perspektivlərin olduğunu qeyd edib. O, ADA Universitetində həyata keçirilən yeni layihələr və məzun hazırlığından geniş danışaraq sənaye müəssisələri ilə konstruktiv əməkdaşlığın əhəmiyyətini qeyd edib.
    Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran məsələlər və ikitərəfli əməkdaşlığın daha geniş inkişaf perspektivləri barədə müzakirələr aparılıb.
    Sonda görüşdə iştirak edən tələbələr təqdimatlardan məmnunluqlarını bildirərək görüşün təşkilinə görə SOCAR AQŞ rəhbərliyinə təşəkkür ediblər.

    Qeyd edək ki, SOCAR AQŞ 2013-cü ildən etibarən tələbələr üçün Təcrübə Proqramı elan edir və müəssisə rəhbərliyi proqrama xüsusi diqqətlə yanaşaraq tələbələrin yay tətilinin mənalı təşkili, səmərəli istehsalat təcrübəsi keçməsi və gənc milli kadrların yetişdirilməsi üçün lazımi şəraiti yaradır.

AZƏRBAYCAN QAZMA SƏNAYESİNDƏ İLK DƏFƏ

Kerna nümunələrinin götürülməsi

Günəşli yatağında 11 və 13 saylı DDSÖ-lərdən yeni texnologiyanın tətbiqi ilə kerna nümunələri götürülmüşdür.

daha ətraflı

Vipstok texnologiyasının tətbiqi

Dayazsulu Günəşli yatağında ilk dəfə olaraq müasir vipstok texnologiyası istifadə edilərək 13 saylı DDSÖ-də qəzanı aradan qaldırmaq məqsədilə rotor üsulu ilə mövcud qazma lüləsindən yan lülə qazılmışdır.

daha ətraflı