İşçilərin təkmilləşdirilməsi

BİZ ÖYRƏNMƏ MƏDƏNİYYƏTİNƏ YÜKSƏK DƏYƏR VERİRİK.

Davamlı olaraq öyrənməyə və özünü təkmilləşdirməyə olan pozitiv münasibətimiz müəssisəmizin müsbət imicinin əsaslarından biridir. Öyrənmə mədəniyyətinin olması işçilərimizin işlərində yüksək nəticələr əldə etməsinə imkan yaradır və müəssisəmizin davamlı inkişafını təmin edir.

BİZ İŞÇİLƏRİMİZ ÜÇÜN DAVAMLI TƏKMİLLƏŞDİRMƏ MÜHİTİ YARADIRIQ.

Müəssisəmizdə işçilərimizin peşəkarlığını, bilik və bacarıqlarını artırmaq, onların yeni texnika və texnologiyalarla tanış olmasını, dünya neft sənayesinə fəal inteqrasiyasını təmin etmək, o cümlədən təklif olunan xidmətin keyfiyyətini yüksəltmək məqsədi ilə xüsusi təlim proqramları mövcuddur.

BİZ TƏLİM PROQRAMLARIMIZLA İŞÇİLƏRİMİZƏ KARYERADA İNKİŞAF İMKANLARI TƏQDİM EDİRİK.

Bizə qoşulan hər bir işçi davamlı olaraq özünü təkmilləşdirmə ilə məşğul olmalı və öz işinin peşəkarı olmaqla yanaşı daim liderlik bacarığının artırılması istiqamətində çalışmalıdır. Müəssisəmizdə rəhbər işçi heyəti ilə yanaşı eyni zamanda analitik düşüncəli və kreativ yanaşması ilə fərqlənən gənc işçilərimiz üçün də davamlı olaraq liderlik bacarıqlarının optimallaşdırılması məqsədi ilə xüsusi proqram və mexanizmlərdən istifadə olunur.

AZƏRBAYCAN QAZMA SƏNAYESİNDƏ İLK DƏFƏ

Vipstok texnologiyasının tətbiqi

Dayazsulu Günəşli yatağında ilk dəfə olaraq müasir vipstok texnologiyası istifadə edilərək 13 saylı DDSÖ-də qəzanı aradan qaldırmaq məqsədilə rotor üsulu ilə mövcud qazma lüləsindən yan lülə qazılmışdır.

daha ətraflı

Qabaqcıl Texnologiyaların Uğurlu Tətbiqi

SOCAR AQŞ BP Azərbaycan şirkətinin elan etdiyi Sahibkarlığın İnkişafı Mükafatı 2015 müsabiqəsində İLİN ŞİRKƏTİ Mükafatına layiq görülmüşdür.

daha ətraflı